- Haqqımızda
- 1.AGTMC 2015
- Yeniliklər
- Mərkəzlər
- Professional klublar
- Layihələrimiz
- Xidmətlərimiz
- Virtual univesitet
- Summer medical school
- Qalereya
- Foto
- Tibbi Treyninq Kursları, dekabr, 2013
- Tibbi Treyninq Kursları, may, 2013
- Elmi-kliniki tədqiqatlar
- Mühazirələr
- Münhen, 30 aprel-3 may 2013
- II Azərbaycan - Alman Tibbi Treyninq Kursları, 2013
- I Azərbaycan - Alman Tibbi Treyninq Kursları, 2012
- seminarlar
- III Azərbaycan - Alman Cərrahiyyə Günləri, 2012
- Summer medical school
- Mannhaym, Forum, 2011
- II Azərbaycan - Alman Cərrahiyyə Günləri, 2011
- I Azərbaycan - Alman Cərrahiyyə Günləri, 2008
- Video
- Foto
- Nəşrlərimiz
- Əməkdaşlıq
- Əlaqə
Summer medical school
Haqqımızda
Dünyada qloballaşma və inteqrasiyanın sürətlənməsinin ən mühüm töhfələrindən biri də təhsilin sərhədsizləşməsidir. Artıq təhsil imkanları yaşadığınız ölkənin hüdudları ilə məhdudlaşmır. Mükəmməl ixtisas sahibi olmaq və tibb sahəsində özünəməxsus yer tutmaq istəyən hər bir gənc təhsilini digər dünya ölkələrində davam etdirmək məqsədilə xaricə üz tutur. Bu da ölkəmizdə təhsilin dünya, başlıca olaraq da Avropa təhsil sisteminə inteqrasiyasına yardımçı olur.
İndi Azərbaycandan olan tələbələrin də Avropada müxtəlif pillələr üzrə ali təhsil almaq və eyni zamanda əsas ixtisas istiqamətlərində əlavə dil kursları və təcrübələrdə iştirak etmək imkanı qazanması ölkəmizdə təhsilin keyfiyyətinə və peşəkar mütəxəssislərin yetişməsinə yardımçı olur. Avropada təhsil alıb geri dönən tələbələr ölkədə yüksək nəzəri və praktiki bilik bazasına malik mütəxəssilərin artması anlamına gəlir.
Azərbaycan Almaniya Tibbi Əməkdaşlıq
Cəmiyyəti olaraq biz də bu yolda sizə təhsilinizi inkişaf etdirmək üçün
fürsətlər təqdim edirik. AATƏC tərəfindən tibb tələbələri və həkimlər üçün Almaniyadakı
tibb universitetlərinin nəzdində olan yüksək ixtisaslı və çoxprofilli
xəstəxanalarda təcrübə keçmək və Almaniyanın bir çox şəhərlərində dil
kurslarına getmək imkanı yaradılır. 2012-ci ildən başlayaraq təşkilatımız
Azərbaycanda ilk dəfə olaraq tibb tələbələri üçün yay aylarında Almaniyanın
Siegen, Heidelberg və Francfurt şəhərlərindəki universitet klinikalarında
təcrübə keçmək imkanları təqdim etdi.Təcrübəkeçən iştirakçıların təəsüratlarını
sizinlə də bölüşəcəyik. AATƏC-in xidmətindən istifadə etməklə siz dünyadakı ən
yeni tibb nailiyyətləri və effektiv müalicə üsulları ilə yerində tanış olacaq,
eyni zamanda ən inkişaf etmiş xəstəxanaların kollektivində olmaq şansı qazanacaqsınız
Təhsil yolunda atacağınız hər addımda SİZƏ UĞURLAR ARZULAYIRIQ.
GAMCA