I Summer Medical School

GAMCA tərəfindən 2012-ci ildən başlayaraq "Summer Medical School" lahiyəsi həyata kecirilməyə başladı. Ilk növbədə bu lahiyə cəmiyyətimizin ən uğurlu lahiyələrindən biri olan Elmi -Tibbi Tədqiqatların Əsas İstiqamətləri lahiyəsinin qaliblərinin alman klinikalrarına 1 aylıq tibbi kurslara göndərilməsi ideyası ətrafında formalaşdı. Lakin sonradan lahiyə genişləndirilərək cəmiyyətimizin digər üzvləri və bu məqsədlə bizə müraciət edənləri də əhatə etdi. Bu məqsədlə bizə müraciət edən 50-dən cox tələbə və həkimin arasından 15 nəfər seçilərək Haydelberg, Mannhaym, Frankfurt ve Siegen Universitet klinikalarına 1 ayliq tibbi kurslara göndərildi. Bu lahiyə həm iştirakçılar, həm cəmiyyətimiz, həm də iştirakmıların olduğu alman klinikalarının rəhbərləri və əsasən də Azərbaycan Tibb Universitetinin rəhbərliyi tərəfindən cox yüksək qiymətləndirildi. Və nəticədə bu lahiyə GAMCA-nin hər il Azərbaycan Tibb Universiteti ilə birgə keciriləcəyi bir lahiyəyə çevrildi.

Our socials