- Haqqımızda
- 1.AGTMC 2015
- Yeniliklər
- Mərkəzlər
- Professional klublar
- Layihələrimiz
- Xidmətlərimiz
- Virtual univesitet
- Summer medical school
- Qalereya
- Foto
- Tibbi Treyninq Kursları, dekabr, 2013
- Tibbi Treyninq Kursları, may, 2013
- Elmi-kliniki tədqiqatlar
- Mühazirələr
- Münhen, 30 aprel-3 may 2013
- II Azərbaycan - Alman Tibbi Treyninq Kursları, 2013
- I Azərbaycan - Alman Tibbi Treyninq Kursları, 2012
- seminarlar
- III Azərbaycan - Alman Cərrahiyyə Günləri, 2012
- Summer medical school
- Mannhaym, Forum, 2011
- II Azərbaycan - Alman Cərrahiyyə Günləri, 2011
- I Azərbaycan - Alman Cərrahiyyə Günləri, 2008
- Video
- Foto
- Nəşrlərimiz
- Əməkdaşlıq
- Əlaqə
II Summer Medical School layihəsi yekunlaşdı
Bildiyiniz kimi Almaniya Azərbaycan Tibbi Əməkdaşlıq Cəmiyyəti artıq iki ildir Azərbaycan Tibb Universiteti ilə birgə “Summer Medical School” yay tibbi təcrübə kursaları təşkil edir. Bu il 20 nəfər tibb tələbəsi, rezident və həkimlərin qatıldığı lahiyə də uğurla başa çatmışdır. Nəzərinizə çatdıraq ki , 2012-ci ildə bu lahiyədə 15 nəfər iştirak etmişdi. Bu ilki kurslar 01.07.2013 – 12.09.2013 cü il tarixlərində Almaniyanın Heidelberg, Karlsruhe , Manhaym , Essen, Siegen şəhərlərindəki Universitet klinikalarında təşkil olunmuşdur. Proqram çərçivəsində iştirakçılar 60-dan çox ərizəçinin arasından 3 seçim mərhələsindən keçərək seçilməyi bacaran həkim, rezident və tələbələri aparıcı alman klinikalarında tibbi təcrübə keçmək şansı qazanmışdır.
Tələbələrimizdən 3 nəfəri Heidelberg Universitet Klinikasının Nierenzentrum (Nefrologiya Mərkəzi) klinikasında, 4 nəfəri Karlsruhe Ruppur Klinikasının cərrahiyyə və ginekologiya bölümlərində, 2 nəfər Essen Krupp Krankenhaus Akademik Klinikasında,4 nəfər Manhaym Universitet Klinikasının müxtəlif klinikalarında 1-2 aylıq tibbi praktikada olmuşlar. Digər 7 iştirakçımız isə Lahiyəmizin daimi partnyoru olan Siegen St. Marian Krankenhaus Klinikasının cərrahiyə, kardiologiya, ortopediya, radiologiya və ginekologiya şöbələrində olmuşlar.
Siegen şəhərində praktika keçən tələbələrimiz praktikalarının sonunda AATƏC – nin növbəti bir layihəsi olan IV Almaniya Azərbaycan Tibb Günləri lahiyəsində də iştirak etmək şansı qazanmışdır. Qeyd edək ki, lahiyə iştirakçılarımız çalışdıqları alman klinikalarının gündəlik iş fəaliyyətində yaxından iştirak etmiş, müalicə və diaqnostika işində həkim və ya praktika keçən tələbə qismində yaxından iştirak etmiş və hamisina proqramın sonunda tibbi praktika keçmələri barədə müvafiq sertifikatlar təqdim olunmuşdur. Butün iştirakçılar lahiyəyə qatıldıqlarından və Avropanın tanınmış klinikalarında tibbi praktika keçmək şansı qazandıqlarından böyük məmnunluq hissi keçirdiklərini bildirdilər. Lahiyəmiz gələn il də davam edəcək və maraqlananlar bizi izləsinlər....
Unvanımız
Ünvan: Həsənbəy Zərdabi küç. ev 77a, AZ1100, Bakı, Azərbaycan
Tel: (+99412) 533-06-34 Mob: (+99470) 733-06-34 Faks: (+99412) 533-06-34 E-mail: info@gamca.az