- Haqqımızda
- 1.AGTMC 2015
- Yeniliklər
- Mərkəzlər
- Professional klublar
- Layihələrimiz
- Xidmətlərimiz
- Virtual univesitet
- Summer medical school
- Qalereya
- Foto
- Tibbi Treyninq Kursları, dekabr, 2013
- Tibbi Treyninq Kursları, may, 2013
- Elmi-kliniki tədqiqatlar
- Mühazirələr
- Münhen, 30 aprel-3 may 2013
- II Azərbaycan - Alman Tibbi Treyninq Kursları, 2013
- I Azərbaycan - Alman Tibbi Treyninq Kursları, 2012
- seminarlar
- III Azərbaycan - Alman Cərrahiyyə Günləri, 2012
- Summer medical school
- Mannhaym, Forum, 2011
- II Azərbaycan - Alman Cərrahiyyə Günləri, 2011
- I Azərbaycan - Alman Cərrahiyyə Günləri, 2008
- Video
- Foto
- Nəşrlərimiz
- Əməkdaşlıq
- Əlaqə
İmamquliyeva Aysel,Siegen
Mən İmamquliyeva Aysel, CAMGA tərəfindən təşkil olunan “Elmi-tibbi tədqiqatların əsasları” adlı layihəsində iştirak edib, CAMGA tərəfindən təqaüdə laiq görülüb, Summer School layihəsinə qatıldım. Bizim qrup 6 nəfərdən ibarət idi. Biz Siegen şəhərinin St. Marien Krankenhaus xəstəxanasında bir ayləq tibbi praktika keçdik. Səyahətimizin əvvəlindən təşkilatı işlər gözəl qurulduğuna görə yol boyu və yerləşərkən heç bir çətinliyə rast gəlmədik.Hər birimizə ayri təmiz,səliqəli və komfortlu otaq ayrıldı.Demək olar hər bir şəraitimiz var idi. Siegen gözəl, balaca alman şəhəridi. Almanlara xas olan səliqə-səhman bu şəhərdə gözə çarpır.
Gəldiyimizin səhəri günü xəstəxanaya getdik. Kollektiv bizi çox isti qarşıladı və birinci gündən iş prosesinə qoşulduq. Mən ginekologiya şöbəsində idim. Hər gün bizi əməliyyatlara yazırdılar və biz əməliyyatlarda asistent şəklində iştirak edirdik.Bundan əlavə qəbul şöbəsində olub ora gələn xəstələrlə, dogum zalında olan hamilə qadinlarla, zahılıq dövründə olan qadınlarla, əməliyyatdan sonra reabilitasiya dövründə olan xəstələrlə , kimyəvi-terapiya alan onkoloji xəstələrlə ünsiyyətdə olmaq və onlarla aparilan işdə birbaşa iştirak etmək şansımız da var idi. Bu bir ay praktika baxımından bizim üçün çox səmərəli keçdi. Buna görə CAMGA nın və St. Marien Krankenhaus kollektivinə minnətdarlığımı bildirirəm.
Almaniyada olduğumuz müddətdə Manheim şəhərində təşkil olunan “Biliyə əsaslanan səhiyyə naminə” Gənc təbiblərin II Almaniya forumuna qatıldıq.Burada bizlərə çox maraqlı mühazirələr oxundu.
Mən Summer school-a qatilmaqla yeni biliklər, təəsüratlar və yeni dostlar qazandım.