Haqqımızda

 “GAMCA Student” Azərbaycan –Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyətinin tələbə təşkilatıdır. 

     Fəaliyyətinə 2011-ci ildən start vermiş” GAMCA Student”  qısa zaman ərzində  böyük uğurlara imza atmışdır.  Bu uğurlu fəaliyyətin davamı olaraq öz üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirən komandamız hər bir tibb tələbəsini öz sıralarına dəvət edir.

    Məqsədimiz  tibb tələbələri arasında sıx və geniş şəbəkə yaratmaqla onlar arasında təhsil, bilik, ideya, təcrübə mübadiləsini təmin etməkdir. İllərin təcrübəsi göstərmişdir ki, həmyaşıddan həmyaşıda məlumatların, yeniliklərin ötürülməsi prinsipi ilə qurulan sistem daha effektiv nəticələr vermiş və daha çox sayda gəncin faydalanması üçün ən ideal inkişsaf modeli olmuşdur.  Biz də bu prinsipə əsaslanaraq savadlı ,istedadlı ,tibb sahəsində dərin biliklərə malik olan, ən əsası bu sənəti  sevən və hər zaman yenilik axtarışında olan, müasirləşən  və qloballaşan tibb dünyasında özünəməxsus yer tutmaq istəyən,  yaradıcı potensiala  malik, kreativ  ideyalı tələbələrimizlə birlikdə daha böyük uğurlara nail olacağımıza inanırıq.

 “ GAMCA Student” daxilində təşkil olunan dil kursları, mübadilə proqramları, tələbələrin təşkil və eləcə də  rəhbərlik edəcəkləri təlim proqramları (TOT) və s. tələbələrin təkcə tibbi biliklərini deyil  eyni zamanda da müstəqil idarəetmə, natiqlik, komandada işləmək bacarığı və s. kimi xüsusiyyətlərin inkişafına da böyük  təsir göstərəcəkdir. Görüləcək işlər, layihələr, konfranslar və digər yeniliklərlə bağlı saytımızın daim yenilənən səhifələrində daha geniş məlumat əldə edə bilərsiniz. 

Hər birinizi öz sıralarımızda görməyə şad olarıq!

GAMCA  Student

Əlaqə:

Ünvan:  Həsənbəy Zərdabi küç. ev 77a ,     AZ1100, Bakı, Azərbaycan(xəritədə bax)

Tel :     (+99412) 533-06-34

Mob :  (+99470) 733-06-34

           (+99470) 551-49-21

Faks:   (+99412) 533-06-34

E-mail: info@gamca.az

             student@gamca.az  

             gulnare.yusifova@gamca.az

Web:  www.gamca.az 

Our socials