- Haqqımızda
- 1.AGTMC 2015
- Yeniliklər
- Mərkəzlər
- Professional klublar
- Layihələrimiz
- Xidmətlərimiz
- Virtual univesitet
- Summer medical school
- Qalereya
- Foto
- Tibbi Treyninq Kursları, dekabr, 2013
- Tibbi Treyninq Kursları, may, 2013
- Elmi-kliniki tədqiqatlar
- Mühazirələr
- Münhen, 30 aprel-3 may 2013
- II Azərbaycan - Alman Tibbi Treyninq Kursları, 2013
- I Azərbaycan - Alman Tibbi Treyninq Kursları, 2012
- seminarlar
- III Azərbaycan - Alman Cərrahiyyə Günləri, 2012
- Summer medical school
- Mannhaym, Forum, 2011
- II Azərbaycan - Alman Cərrahiyyə Günləri, 2011
- I Azərbaycan - Alman Cərrahiyyə Günləri, 2008
- Video
- Foto
- Nəşrlərimiz
- Əməkdaşlıq
- Əlaqə
Mamed və Əmir, Frankfurt
Frankfurta gedişimdə gözlədiyimlə ora çatdıqda gördüklərim arasında böyük fərq var idi. Bu fərqləri izah eləsəm, vaxt çox çəkər. Qısa formada belə izah edim ki, ümumilikdə alman millətinin soyuq olduğunu eşitmişdim. Qonaqpərvər olmadıqlarıni təsəvvür edirdim. Ancaq mənim orda gördüklərim, Almaniyaya məhəbbətimi hədsiz dərəcədə artırdı. Bu mənim subyektiv fikrimdi, bəlkə də kimlər üçünsə tamam fərqli təəssüratlar qalıb Almaniyadan...
Almaniyada olduğum müddət qısa vaxt deyildi. Yalniz dil baxımından arada özümü yad hiss edirdim, amma semimiyyet baximindan fikirlərim tam müsbət idi.Mədəniyyət səviyyələri də məni xeyli düşünməyə vadar etdi. Bir şeyi başa düşdüm ki, insanı tərbiyələndirən birinci amil - mühitdir. İnsanı şəxsiyyət olaraq formalaşdıran cəmiyyətdir. Bir cəmiyyətin ən yaxşısı belə, yaxşı cəmiyyətdə "heç kim" ola bilər.
Başlayım, Frankfurta çatmağımdan danışım. Avropada birinci dəfə idi ki, olurdum. Bizimlə gedən Tapdığın qardaşının bələdçiliyi ilə getdik, evi tapdıq. Ev sahibi ilə görüşdük, evi təhvil alandan sonra xəstəxanaya yollandıq. Xəstəxana ilə evin arası piyada 5 dəqiqəlik yol idi. Bizi dəvət edən cərrahiyənin şefi, Pr. Dr. Swarzbach idi. İlk olaraq professorun katibəsi ilə görüşdük, sonra isə professorun özü gəldi və səmimi şəkildə bizi salamladı. Sonra bizimlə yaxından tanış olmaq, həmçinin hörmət əlaməti olaraq, bizim gəlişimizi qeyd etmək üçün, bizi italyan restoranı olan "Limoncello"ya apardı. İxtisaslarımızla maraqlandı, ümumi söhbətlər oldu. Gəldiyimizin sabahı günü səhər praktika günümüz başladı. Pr. Swarzbach bizi qəbul etdi. Pr. Swarzbachla birlikdə kardiologiya şöbəsinin şefi Pr.Dr. Şen də orda idi. Mən və Mamed kardiologiya bölməsinə, o biri uşaqlar isə cərrahiyə bölməsinə yollandılar. Alman dili biliyim zəif olduğuna görə ilk öncə özüm sıxılırdım. Ancaq buna baxmayaraq onlardan almanca danışmaqlarıni tələb edirdim. Başa düşürdüm, danışmaq çətin idi. Başa düşmədiyim məqamlari isə həkimlər çox həvəslə ingilis dilində mənə izah edirdilər.
İnvaziv şöbədə iş rejimi standart idi. Yəni adam darıxa bilərdi. Ancaq xəstələrlə sprechen və bir də onlardan blut abnehmen əməliyyatı aparılırdı. Bizdən fərqli olaraq Almaniyada xəstədən qan götürmək, sistem qoşmaq və bu kimi əməliyyatları tibb bacıları deyil, həkimlər yerinə yetirir. Həkimlərin də yeganə şikayəti bu idi.
Maraqlı bölmə kimi yadımda qalan- herzkatheter labor bölümü idi. Ürəyin stenozunun, trombun aradan qaldırılması əməliyyatının çox sadə şəkildə aparılmasında iştirak etdim. Hətta Oberazt El-Nayyar öz əməliyyatları zamanı, musiqiyə qulaq asa asa işini görürdü. Özü də R`n`B və ya tektonik- ritmik olsun deyə bu tip mahnıları seçirdi. Sonra EPU labor bölməsində, Funktionabteilung da olurdum. EPU-da `Loop Recorder ` cihazının çıxarılmasında iştirak etdim, əməliyyatı aparan Ass. Arzt Schumacher hətta həmin `Loop recorder` mənə hədiyyə etdi. Funktionabteilung da Exokardioqrafiya, Transezofagial Echo, Veloerqometriya, Spiroerqometriya ve bir sira başqa müayinələrdə iştirak etmişik. Həmçinin orada Kardioversion adlanan kiçik əməliyyatda iştirak etmişik. Səhiyyənin, elmin inkişaf səviyyəsinə valeh oldum. Düşüncələrimin bir küncündə "kaş ki, burada yaşayardım" deyə fikirlər var idi))
Həmçinin mən orda həkim kollektivimizdən dostlar da qazandım. Belə ki, Ass. Arzt-lardan Korkut, Boris, Hanna, Maria, Stella, Maya kimi dostlar oldu. Korkut türk idi, ən çox diqqəti ondan görürdük. Hətta başa düşmədiyimiz məqamlari, türkcə lap açıq şəkildə izah edirdi.
Ən yadda qalan hadisələr arasında biri Korkut, Hanna və Marianın bizi Frankfurtun ən seçilən restoranlarından birində qonaq etməkləri oldu. İkinici dəfə yenə də qonaq etdilər, bu dəfə isə Frankfurtun turistik restoranında qonaq olduq. Orada ancaq alman milli yeməkləri var idi. Bir sözlə, 35 gün unudulmaz bir tarixə çevrildi yaddaşımda.
Həmçinin bir dəfəsində Mamedlə Praqaya gəzməyə getdik, çox gözəl idi. Həyatı yaşadığımızın fərqinə vardıq. Bundan başqa 4 nəfərlik kollektivlə Parisdə də olduq. Buranı isə izah eləməyi ehtiyac bilmirəm.
Almaniya sərhədlərindən kənar gəzintimizdən başqa, Almaniya daxili də bir neçə şəhərdə olduq. Mannheimda forumda iştirakimizla bağli oldu. Hətta Mannheima gələn günü bizim hörmətli həkimlərimiz bizi gözəl bir nahar yeməyinə dəvət etdilər. Xatirələrim bunlar idi, ancaq ən əsası qarşımda olan məqsəd üçün həvəsim bir az daha artdı ki, Master təhsilimi məhz Almaniyada alım.