Konfrans işini uğurla davam etdirir

11 aprel 2015 il tarixində Bakı şəhərində Monolit plaza hotelində rəsmi  açılışı olan I Azərbaycan- Alman - Türk Tibb Konqresi 12 aprel tarixində öz işini uğurla davam etdirmişdir.

Tədbirin ikinci günü Prof.N.Gebel, Prof.N.Əsgərov və Prof.S.Demirbaşın moderatorluğu ilə  günün birinci yarısında nəzərdə tutulmuş mühazirələr və uyğun mövzular ətrafında müzakirələr olunmuşdur.

Konqres zamanı dünyada və ölkəmizdə aktual olan Qastroenterologiyada Ultrasonoqrafiya (Prof.Gebel), Selikaltı törəmələrin EUS diaqnostikası(PhD,Dr.med Senturk),Pankreas xəstəliklərində EUS(Prof.M.Cindoruk),Onkoloji cərrahiyyədə genişlənmiş damar rezeksiyası(Prof.Dr.med.L.Guerke), Öd yolları üzərindəki əməliyyatlardan sonrakı ağırlaşmaların radioloji müalicəsi(Prof.Dr.A.Memiş) mövzularında çıxışlar olmuşdur.

Çay fasiləsindən sonra konqres işini Ümumi və Laparoskopik cərrahiyyə, Endoskopiya, Radiologiya və Endoskopik sonoqrafiya üzrə basic səviyyəsində treninq və workshoplarla davam etdirmişdir.

Günün ikinci yarısı Prof.N.Gebel və  Prof.Q.Müslümovun moderatorluğu ilə İrəliləmiş xərçəngdə Hipek və Citoreduktiv cərrahiyyə(Prof.Demirbaş), Peritoneal kanseromatoz zamanı kurativ yanaşma(Dr.E.Canbay), Ezofaqeal xərçəng zamanı ezofagektomiyada təcrübəmiz (Prof. Dr.A.Soltanov),Ezofageal xərçəng zamanı torako-laparoskopik ezofaqoektomiya(Prof.Dr.G.Müslümov), Kolorektal karsinomada KT və MRT-nin əhəmiyyəti(Prof.A.Schreyer), Qaraciyər törəmələrinin  MRT və KT differensial diaqnostikası(Dr.L.Dendl), Artıq çəkili xəstələrdə qastrik balon müalicəsi(Dr.D.Uyak) mövzülarında məruzə və disskusiyalar aparıldı.

Konqresin nəzərə hissəsindən dərhal sonra intermediate səviyyəsi üzrə hər 4 bölmədə treninqlər davam etdirildi.

Xatırladaq ki, 13 aprel 2015 tarixi konqres və treninqlərin son günüdür. 


Our socials