Tibbi Treyninq Kursları, fevral 2013

Azərbaycan -  Alman Tibbi Əməkdaşlıq Cəmiyyəti  Azərbaycan Tibb Universiteti ilə birgə növbəti Tibbi Treyninq Kurslariına start vermişdir. Kurslarda müxtəlif ixtisaslar üzrə 100 nəfərə yaxın tələbə, rezident və həkim iştirak edir.

15 fevral 2013-cu tarixində Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik  Korpusunda Azərbaycan-Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyətinin (AATƏC), ATU-nun təşkilatçılığı və “İrəli” İctimai Birliyinin media dəstəyi ilə açılışı olan Tibbi Treyninq Kurslarının davamı olaraq AATƏC-in ofisində 16 -17 fevral tarixlərində treninqlər praktik məşğələlər  keçirildi. Burada ümumi cərrahiyyə üzrə müxtəlif tikiş növləri,düyün vurma texnikaları ilə yanaşı həmdə heyvan orqan və toxumaları üzərində bağırsaq anastomozu qoyulması öyrənildi. Laparoskopik cərrahiyyədə bazis  manipulyasiyalarla yanaşı  ilk dəfə olaraq canlı toxumaların kəsilməsi və disseksiya əməliyyatları icra edildi. Radioloji treninqlər bölməsində ümümi radiologiya sahəsi haqqında anlayış: USM, KT, MRT- nin əsasları, USM müayinəsində abdominal orqan və toxumaların diferensasiyası göstərilmiş, dopplerqrafiya edilmiş, KT və MRT müayinələrinin hansı orqan və xəstəliklərin diaqnostikasında spesifikliyi, invaziv radiologiyanin diaqnostika və müalicə məqsədilə tətbiq olduğu sahələrdən iştirakçılara danışılmışdı.

Treyninqlərin sonunda bütün qruplardakı iştirakçılar sertifikatlarla təltif olundu və xatirə şəkilləri çəkildi.


Our socials