- Haqqımızda
- 1.AGTMC 2015
- Yeniliklər
- Mərkəzlər
- Professional klublar
- Layihələrimiz
- Xidmətlərimiz
- Virtual univesitet
- Summer medical school
- Qalereya
- Foto
- Tibbi Treyninq Kursları, dekabr, 2013
- Tibbi Treyninq Kursları, may, 2013
- Elmi-kliniki tədqiqatlar
- Mühazirələr
- Münhen, 30 aprel-3 may 2013
- II Azərbaycan - Alman Tibbi Treyninq Kursları, 2013
- I Azərbaycan - Alman Tibbi Treyninq Kursları, 2012
- seminarlar
- III Azərbaycan - Alman Cərrahiyyə Günləri, 2012
- Summer medical school
- Mannhaym, Forum, 2011
- II Azərbaycan - Alman Cərrahiyyə Günləri, 2011
- I Azərbaycan - Alman Cərrahiyyə Günləri, 2008
- Video
- Foto
- Nəşrlərimiz
- Əməkdaşlıq
- Əlaqə
Ağayeva Humayxanım,Siegen
İlk öncə qeyd etmək istərdim ki, GAMCA-nın təşkilatçılığı ilə keçirilən “Summer School” lahiyəsinin iştirakçısı olaraq keçdiyim praktika ilə əlaqədar təəsüratları bölüşmək və bu lahiyənin mənə nələr qazandırdığını təsvir etmək, nəinki bizi həvəslə gözləyən GAMCA ailəsi üzvlərinə, həmçinin, gələcəkdə bu lahiyədə iştirak etmək istəyən tibb tələbələrinə və həkimlərə kömək olacağı üçün sevinirəm.
05.07.2012 tarixdə 6 nəfərlik komandamızla Bakıdan yola düşdük. Təbii ki, yola çıxmamışdan əvvəl artıq bir çox təşkilati işlər bizim üçün həll olunmuşdu.
Praktika keçəcəyim şəhər Siegen, xəstəxana Saint Marien Krankenhaus, şöbə isə mama-ginekologiya idi.
Xəstəxanada ilk gün kifayət qədər yorucu oldu, əlbəttə ki, yaxşı mənada. Xəstəxana və həkimlərlə tanışlıq, 5 dəqiqəlik (gün ərzində iki dəfə, kifayət qədər maraqlı və öyrədicidir), xəstə müayinəsində iştirak –gün ərzində 10 xəstə və daha çox, oberarzt-larla birlikdə vizit və s. Bizim tələbələrin əsas şikayəti universitet təhsili boyunca tibbin cərrahi profilli sahələri üzrə kifayət qədər təcrübə toplamağa imkan verən şəraitin olmamasıdır. Narahat olmayın ! Sonrakı günlər ərzində əməliyyatxanadan çıxıb yemək fasiləsinə çatanda sevinirdim. Gün ərzində ən azı bir əməliyyatda – bu nadir hallarda baş verirdi, iştirak edirdim. 2-3 əməliyyatı bir gün üçün norma hesab etməyə başlamışdım. . Bu rejim nə qədər yorucu kimi görünsə də, mənə çox böyük bilik və təcrübə qazandırdı. Bir çox patologiyaların müasir müayinə və müalicə metodlarını görməklə yanaşı, həkimlər bunların əsasında dayanan prinsipləri çox səmimi və sadə dillə izah edirdilər. “Almanlar soyuq xalqdır” deyə bir ifadə mövcuddur, amma əmin ola bilərsiniz ki, xəstəxanada olan və öyrənmək istəyən bir tələbə üçün mühit tamamilə fərqlidir.