Haqqımızda

      Müasir dövrdə tibb təhsilində, əsasən də ixtisas təhsilinin alınmasında və davamlı tibb təhsilində inkişaf etmiş ölkələrdə treyninqlər çox mühüm əhəmiyyət kəsb edir. Şübhəsiz ki, bu formalaşmış təhsil sisteminin tərkib hissəsi olmaqla yanaşı həm də insan həyatina verilən dəyərlərə əsaslanir. Tibb təhsili dövründə tələbə resident və ixtisasartırmada olan həkimlər onlar hansısa manipulyasiyanı nə vaxtsa ilk dəfə etmək pilləsini adlamalıdırlar. Artıq uzun illərdən bəri tibbi ixtisaslaşma zamanı ilkin vərdişlərin aşılanması məqsədilə xəstələrdən deyil xüsusi mulyajlar və treyninq modellərindən istifadə edilir. Bir sözlə müasir tibb təhsilində tibbi treyninqlər artiq əvəzolunmaz bir tədris vasitəsinə çevrilmişdir. Və bu yalnız təhsilin bir hissəsi deyil, həm də mütəxəssis kimi kamilləşmə vasitəsi olduğundan tibbi treyninglər universitet sərhədlərini aşaraq boyük treyning mərkəzlərinin preroqativasına çevrilmişdir.

     Bu sahədə dünya təcrübəsini və mövcud olan  reallıqları nəzərə alaraq biz də bu işdə digər qabaqcıl dövlətlərin təcrübəsindən istifadə etməyə qərar verdik. Almaniyanın aprıcı universitet klinikaları ilə əməkdaşlıqdan bəhrələnərək bu işdə ilk addımlarımız uğurlu alındı.  İlk dəfə 2008-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil edilmiş “I Azərbaycan-Alman Cərrahlıq Gunleri” çərçivəsində Mannhaym Universitet Klinikasının cərrahi endoskopiya bölümünün rəhbəri Prof. G.Koehler və həmin klinikanın baş əməliyyat tibb bacısının iştirakı ilə cərrahlar, endoskopistlər və tibb bacıları üçün tibbi treyninqlər təşkil edilmişdir. Bu məqsədlə Boston Scientific şirkətinin dəstəyi ilə Almaniyanın Erlangen şəhərindən xüsusi treyning modelləri də gətirilmişdi.

    2010-cu ilin əvvəlində keçirilən II Azərbaycan-Alman Cərrahlıq Gunleri zamanı daha bir addım irəli atılaraq laporoskopik cərrahiyyə üzrə basis və ixtisaslaşmış treyninglər təşkil edildi.  Az sonra GAMCA idarə heyətinin qərarı ilə təşkilatımızın nəzdində treyninq mərkəzinin yaradılması qərarı verildi. Bunun məntiqi davamı olaraq 2012-ci ilin yazında Mİlli Onkologiya Mərkəzi və Avromed şirkətinin dəstəyi ilə III Azərbaycan-Alman Cərrahlıq Gunleri çərçivəsində yeni treyninqlər və payızında Azərbaycan Tibb Universiteti ilə birlikdə I Azərbaycan-Almaniya Tibbi Treyninq Kursları təşkil edildi. Bu treyninqlərdə iştirak üçün 1000-ə yaxın müraciətin olması və 600 yaxın iştirakçının seçilməsi atdığımız addımın doğru olduğunu göstərdi. Bu Azərbaycanda tibb təhsili sahəsində atılmış ilk böyük addım və gələcəkdə quracağımız böyük bir işin bünövrəsi idi. Ilk dəfə olaraq I Azərbaycan-Almaniya Tibbi Treyninq Kurslarına xarici dövlətdən, dünyanın sayılan universitetlərindən olan Almaniyanın Haydelberq Universitetindən gəlmiş mütəxəssislər xüsusi treyninq modelləri üzərində laporoskopik və ümumi cərrahiyyə, radiologiya, ginekologiya, endoskopiya, reanimatologiya, urologiya və nefrologiya sahələrində və əməliyyat tibb bacıları üçün xüsusi maketlər uzərində treyninqlər kecirilmişdir.

     Bu son tədbir zamanı əldə etdiyimiz uğurdan ruhlanaraq təsis etdiyimiz treyninq mərkəzinin ildə iki dəfə requlyar treyninq kurslarının keçirilməsi və təşkilatən ofisində davamlı treyninqlərin təşkil edilməsi  qərarını verdik.

    Gələcəkdə əsas məqsədimiz bünövrəsini qoydugumuz bu işi daha da böyütmək, böyük bir treyninq mərkəzinin qurulmasıdır. Bunun nəticəsi olaraq rezidentlərimiz, yuxarı kurs tələbələri və gənc həkimlərimizin xarici dövlətlərə  getməyinə ehtiyac olmadan burada öz praktik vərdişlərini artira bilərlər. Şübhəsiz ki, bu işdə sizdən dəstək gözləyirik. Gələcək işlərimizdə sizin təkliflərinizi və iradlarinizi qəbul etməyə haziriq.

    GAMCA

Our socials