Haqqımızda

“Azərbaycan – Alman Tibbi Əməkdaşlıq Cəmiyyəti” nin rəsmi saytına xoş gəlmisiz. Biz cəmiyyətimizin sıralarında təbabətin inkşafı və mükəmməlliyi yolunda çalışan ən humanist peşə sahiblərini görməyə çox şadıq.

Azərbaycan və Almaniya arasındakı dostluğun çox qədim tarixi var. Əsasən də tibb sahəsində Azərbaycanın korifey tibb sənətkarları və alimlərinin bir çoxu müasir təbabətin beşiyi sayılan Almaniyada təhsil və ixtisas almışlar. Bu dostluğun son illərdə daha da möhkəmlənməsi bizim xalqların iqtisadiyyat,tibb,elm və mədəni sferada məhsuldar əməkdaşlığına zəmin yaratmışdır.

Son illər Azərbaycanda həyatımızın bütün sahələrində olduğu kimi, tibb sahəsinin inkişaf etdirilməsi və əhaliyə göstərilən tibbi yardımın səviyyəsinin yüksəldilməsində də çox ciddi uğurlar əldə edilmişdir. Ən müasir qərb standartlarına cavab verən yeni müalicə-diaqnostika mərkəzlərinin tikilməsi, onların ən qabaqcıl avadanlıqlarla təchiz edilməsi, yüzlərlə gəncin təhsil alması və ixtisaslaşması üçün inkişaf etmiş ölkələrə göndərilməsi və s. bu uğurların yalnız kiçik bir hissəsidir. Cənab İlham Əliyevin ikinci dəfə prezident seçilməsi münasibətilə keçirilən andiçmə mərasimində söylədiyi fikirlər bizi bir daha əmin edir ki, bundan sonra bu nailiyyətlər daha da möhkəmlənəcəkdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının gənclərimizin xaricdə təhsil almaları barədə 2006-cı il sərəncamı, ixtisaslı tibb kadrlarının hazirlanmasına göstərdiyi diqqət və qayğı, təbabət sahəsində də ən müasir qərb standartlarının ölkəmizə gətirilməsi yönümündə apardığı bu uğurlu siyasətin nəticəsi kimi Akad.M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi (ECM) ilə Almaniyanın Heydelberq Universitenin Mannheim Cərrahiyyə Klinikası arasında elmi-tibbi əməkdaşlıq yaradılmışdır. 

Buna görə də “Azərbaycan – Alman Tibbi Əməkdaşlıq Cəmiyyəti”nin yaradılmasında prioritet məqsədlərdən biri ölkələrimizin tibb və praktik səhiyyə sahəsində mövcud əlaqələrini daha da inkşaf etdirmək, tibb elmi və praktik təbabətdə Almaniyada mövcud olan standartların Azərbaycana gətirilməsidir. 

Təşkilatımız Avropa tibb sisteminin, xüsusilə Almaniyada mövcud müasir tibbi biliklərin və yeniliklərin ölkəmizə transfer edilməsinə böyük önəm verir. Bu əməkdaşlığın əsas hədəfi respublikada tibb sahəsində tədrisin, elmi-tədqiqat işlərinin və əhaliyə göstərilən ixtisaslı tibbi xidmətin səviyyəsinin yüksəldilməsidir.

Belə ki, 6-9 iyun 2008 ci ildə Bakida   1-ci Alman Azərbaycan Cərrahlıq Günləri keçirilmiş və bu tədbirdə Mannhaym Cərrahlıq klinikasının direktoru, proffessor S.Post, həmin klinikanın baş həkimi, professor P.Kienle, Siegen Universitet Klinikasının direktoru proffessor F.Velike, Siegen Universitet Klinikasının baş həkimi professor V.Zassman və b. iştirak etmişlər. Məhz bu  əməkdaşlıq nəticəsində əldə etdiyimiz uğurlar və onun gələcək perspektivləri Azərbaycanda “Almaniya-Azərbaycan Cərrahlar Cəmiyyətinin” yaradılması ideyasını və zərurətini meydana gətirdi.Və bu konfransda “Azərbaycan – Alman Tibbi Əməkdaşlıq Cəmiyyəti”nin yaradılması barədə qərar qəbul edildi. Beləliklə, 2008-ci ildə faktiki fəaliyyətə başlayan cəmiyyət 2011 – ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçərək öz fəaliyyətinin rəsmiləşmişdir (Şəhadətnamə PDF).

Təşkilatımızın həyata keçirdiyi növbəti uğurlu layihə Heydər Əliyev Fondunun və Səhiyyə Nazirliyinin dəstəyi və təşkilatçılıği ilə 31 yanvar – 2 fevral 2011 tarixlərində keçiriliən “2 –ci Azərbaycan – Alman Cərrahiyyə Günləri” olmuşdur. Konfransda Almaniyanin qabaqcıl Universitet Klinikalarından olan başda almaniya Cərrahlar Cəmiyyətinin hazırki sədri professor S.Post olmaqla 5 professor iştirak etmişdir. Onlar Azərbaycanlı həmkərları ilə birlikdə  treyninglər, “ustalıq kursları”və Azərbaycanda ilk dəfə icra olunan canlı əməliyyatlar həyata keçirmişlər. Bu konfrans zamanı cərrahi profilli əməliyyatlar və treyninglərlə yanaşı Azərbaycanda ilk dəfə modellər üzərində endoskopik treyninglər keçirilmiş və bu məqsədlə Almaniyadan xüsusi endoskopik model gətirilmişdir. 

Almaniyanın aparıcı tibb universitetləri ilə əməkdaşlıq çərçivəsində ümumilikdə 50-yə yaxın azərbaycanlı mütəxəssislər ayrı-ayrı ixtisaslar üzrə (ümumi cərrahiyyə, pankreas cərrahiyyəsi, damar cərrahlığı, laparoskopik cərrahiyyə, anesteziologiya, klinik laboratoriya, nefrologiya və s.) həmin Universitet Klinikalarında elmi praktiki ezamiyyətdə olmuş və öz ixtisas sahəsinə uyğun yeni biliklər almış, praktiki vərdişlər qazanmışlar.

Hazırda təşkilatımızın uğurla davam edən layihələrindən biri də  İrəli İctimai Birliyi ilə birgə təşkil etdiyi  Akademik Azad Mirzəcanzadənin xatirəsinə həsr olunan “Elmi – tibbi tədqiqatların müasir əsasları və istiqamətləri” adlı layihədir. Bu layihədə 50 - ə yaxın tibb tələbəsi və gənc həkim iştirak edir. Layihədə uğur qazanmış ən layiqli iştirakçı Almaniyaya elmi məzuniyyətə göndəriləcəkdir.

Təşkilatımız yarandığı gündən yaradıcı potensiala malik kreativ ideyalı gənc mütəxəssislərlə işləməyə üstünlük vermiş, onların faydalı ideyalarını hər zaman yüksək qiymətləndirərək dəstəkləmışdir. Məhz belə motivasiyalı tibb tələbələri və həkimlər sayəsində fəaliyyətimiz uğurla davam etməkdədir.

Ümudvarıq ki, bizim saytımızı ziyarət edərkən Siz maraqlı, dəyərli və vacib informasiyalar əldə edəcək,  bizim müvcudluğumuza sevinəcək və daimi qonağımıza çevriləcəksiniz. 

Dərin hörmət və ehtiramla,

Our socials