- Haqqımızda
- 1.AGTMC 2015
- Yeniliklər
- Mərkəzlər
- Professional klublar
- Layihələrimiz
- Xidmətlərimiz
- Virtual univesitet
- Summer medical school
- Qalereya
- Foto
- Tibbi Treyninq Kursları, dekabr, 2013
- Tibbi Treyninq Kursları, may, 2013
- Elmi-kliniki tədqiqatlar
- Mühazirələr
- Münhen, 30 aprel-3 may 2013
- II Azərbaycan - Alman Tibbi Treyninq Kursları, 2013
- I Azərbaycan - Alman Tibbi Treyninq Kursları, 2012
- seminarlar
- III Azərbaycan - Alman Cərrahiyyə Günləri, 2012
- Summer medical school
- Mannhaym, Forum, 2011
- II Azərbaycan - Alman Cərrahiyyə Günləri, 2011
- I Azərbaycan - Alman Cərrahiyyə Günləri, 2008
- Video
- Foto
- Nəşrlərimiz
- Əməkdaşlıq
- Əlaqə
I Azərbaycan- Alman - Türk Tibb Konqresinə start verildi
11 aprel 2015 il tarixində Bakı şəhərində Monolit plaza hotelində I Azərbaycan- Alman - Türk Tibb Konqresinin rəsmi açılış mərasimi olmuşdur. Açılışda tibb mütəxəssisləri ilə yanaşı fəxri qonaqlar da iştirak etmişdirlər.
Konqresi Azərbaycan - Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyətinin sədri, ECM-nin professoru Qurbanxan Müslümov açıq elan etmiş və sözü Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Heidrun Tempele vermişdir.
Xanım Heidrun Tempel Azərbaycan və Almaniya arasındakı uzun illərdən bəri bir çox sahələrdə olduğu kimi səhiyyə sahəsində də mövcüd əməkdaşlıq əlaqələrinin əhəmiyyətindən danışmış və bu tip tədbirlərin keçirilməsini indiki və gələcək prespektivlərini çox yüksək qiymətləndirmişdir.
Sonra söz MOM-un Baş Direktorunun I müavini, konqresin sədri Prof.Dr. Ə. ƏLiyevə verilmişdir. Prof.Dr. Ə.ƏLiyev Azərbaycanda son onilliklər ərzində həyatımızın bütün sahələrində olduğu kimi tibb sahəsində də çox əhəmiyyətli inkşafa nail olduğunu qeyd etmişdir. Daha sonra natiq son illərdə MOM-də aparılan islahatlar barədə geniş məlumat vermişdir. Həmçinin onkoloji xəstələrin həyat keyfiyyətinin yaxşılaşdırılması MOM-un əsas prioritet məsələlərindən olduğunu vurğuladı.
Manhaym Universitet Klinikasının Endoskopiya şöbəsinin direktoru Prof.Dr G.Kaehler 2008-ci ildən bəri Manhaym Universitet Klinikası ilə Almaniya- Azərbaycan Tibbi Əməkdaşlıq Cəmiyyəti arasındakı mövcüd əməkdaşlıqdan söz açmış və bu əməkdaşlıqdan doğan birgə tədbirlərin hər iki ölkə arasındak səhiyyə sahəsindəki əlaqələrin daha da möhkəmlənməsinə mühüm tövhə olduğunu nəzərə çatdırmışdır. Prof.Dr. Kaehler ölkəmizə səfərlərindən və bu konqresin prezidenti olduğundan məmnunluğunu söylədi. Nitqin sonunda konqres və treninq iştirakçılarına uğurlar arzuladı.
Daha sonra Dr.D.Uyak, Prof.Dr.M.Niedergethmann, Prof.Dr.S.Demirbaş çıxış etdilər. Onlarda həmçinin bu tədbirin əhəmiyyətindən söz açdılar. Azərbaycanlı, alman və türk mütəxəssisləri tərəfindən endosonoqrafiya,laparoskopiya və açıq cərrahiyyə,endoskopiya və radiologiya üzrə keçiriləcək 3 günlük treninqlərin xüsusi əhəmiyyətindən söz açdılar və konqresin işinə uğurlar arzuladılar.
Açılış mərasiminin sonunda konqresin icraçı direktoru Q.Müslümov ölkəmizdə təbabətin inkşafında Türkiyə və Almaniyanın tibb mərkzləri ilə olan əlaqələrin çox böyük rolu olduğunu vurğulamışdır. Həmçinin Milli Onkologiya Mərkəzinin belə tədbirlərin keçirilməsini dəstəkləməsini xüsusi vurğuladı. Eyni zamanda ilk dəfə olaraq Azərbaycanda keçirilən treninqlərə dünyanın qabaqcıl ölkələrində tanınan 21 CME (Davamlı Tibb Təhsili) balı verilməsini sevindirici hal olduğunu söylədi.
Rəsmi açılış mərasimindən dərhal sonra konqres öz işinə start verdi. Birinci prof. Q.Müslümov - Treynerlərin treyninqi adlı məruzənən çıxış etdi. Sonra G.Kaehler Düz bağırsağın şişləri zamanı endoskopik mukozal rezeksiyalar adlı video prezentasiya ilə çıxış etdi. Həmçinin Phd. Ş.Əliyev və Prof M.Gebel onkologiya və endoskopiya sahələrinin yeniliklərini əks etdirən prezentasiya ilə məruzə etdilər. Məruzələrdən sonra MOM-da azərbaycanlı mütəxəssislərləri Alman və Türk professorları ilə birgə Endoskopik Ultrasonoqrafiya üzrə master-klas keçirərək bu müayinəni gənc mütəxəssislərə xəstələri müayinə edərkən ətraflı izah etmişdilər. Xatırladaq ki, master-klas MOM-da növbəti günlərdə də davam edəcək.
Çay fasiləsindən sonra treninqlər işinə start verdi. Treninqlərdə azərbaycanlı mütəxəssislərlə yanaşı alman və türk professorları rəhbərliyi ilə 4 sesiyada laparoskopiya, ümumi və damar cərrahiyyəsi, endoskopiya və radiologiya istiqamətində praktik işlər başlanıldı. Qeyd edək ki, treninqlərdə aparıcı treyninq mərkəzlərinin, həmçinin Davos təcrübəsindən istifadə edərək hazırlanan və xaricdən gətirilən mulyaj və avadanlıqlar istifadə olunur.
Monolit Plazada keçirilən hissə ilə paralel olaraq MOM-də günün birinci yarısında Prof. M.Niedergethmann, Phd N.Əsgərov, Prof. S.Demirbaş, Prof. H.Şenturk onkologiyada müasir yanaşmalar və onkoloji xəstəliklərin minimal invasiv üssulla müalicəsinə həsr olunmuş mühazirələr ilə çıxış etdilər. İclasın sonunda mövzu ətrafında geniş müzakirələr və disskusiyalar aparıldı.
Günün ikinci yarısında basic qrupların treyninqləri bitdikdən sonra konqres öz işini mühazirələr və intermediate qruplarındakı treninqlərlə davam etdirdi.