- Haqqımızda
- 1.AGTMC 2015
- Yeniliklər
- Mərkəzlər
- Professional klublar
- Layihələrimiz
- Xidmətlərimiz
- Virtual univesitet
- Summer medical school
- Qalereya
- Foto
- Tibbi Treyninq Kursları, dekabr, 2013
- Tibbi Treyninq Kursları, may, 2013
- Elmi-kliniki tədqiqatlar
- Mühazirələr
- Münhen, 30 aprel-3 may 2013
- II Azərbaycan - Alman Tibbi Treyninq Kursları, 2013
- I Azərbaycan - Alman Tibbi Treyninq Kursları, 2012
- seminarlar
- III Azərbaycan - Alman Cərrahiyyə Günləri, 2012
- Summer medical school
- Mannhaym, Forum, 2011
- II Azərbaycan - Alman Cərrahiyyə Günləri, 2011
- I Azərbaycan - Alman Cərrahiyyə Günləri, 2008
- Video
- Foto
- Nəşrlərimiz
- Əməkdaşlıq
- Əlaqə
Fəxriyyə Məmmədova, Heidelberg
Almaniyaya ilk səfərim idi. Karyeram üçün çox önəmli olacaq illəri keçirməyi planladığım ölkə mənim üçün çox maraqlı gəlirdi, bu ölkəyə uyğunlaşa biləcəyəmmi? Bu sualın cavabı mənim üçün çox vacib idi. Rezidentura istiqamətimi dəqiqləşdirmək üçün yaxşı ki , bu il praktikamı Heidelbergdə keçirtdim.
Çox həyəcanlı viza görüşündən sonra vizamızı da aldıq. Artıq Almaniyaya getmək üçün hər şey hazır idi. Uzun hava və Qatar səyahətindən sonra Heidelberge çatdıq. Alman dəqiqliyi ilə ilk qarşılaşdığım an: Ev sahiblərimiz bizi gecikdiyimizə görə danladılar. Onda dəhşətə gəldim ki, belə bir situasiyaya almanlar belə reaksiya verirlərsə işə geciksəm görəsən necə olacaq? Gələnə qədər onlarla yola gedə bilmədim, amma onu da qeyd edim ki, almanların əksəriyyəti çox mehribandırlar.
Səhər praktikaya gecikməyin stressiylə klinikaya getməyə çalışdıq. Bizdə əksər hallarda bir şöbəyə 1 və ya 2 mərtəbə ayrılır. Amma Heidelberg Uniklinikumu kiçik bir qəsəbə böyüklükdə idi. Elə buna görə də Nierenzentrumu tapan kimi demək olar ki, bu kiçik qəsəbəni dolaşdıq və sonunda tapdıq.
Chefarztimiz-Pr.Dr.Martin Zeierlə və Oberarztlarımızla tanış oldum. Bizim bəzi professor və həkimlərimizdən fərqli olaraq bizimlə sanki bizim yaşıd kollegalarımız kimi diskusiya aparırdılar. Oberarztlarımız çox səmimi və çox səbrli idilər. Uzun-uzun hər hansı xəstəlik barəsində suallarımıza cavab verirdilər. Mərkəz cərrahiyə,stasionar,ambulator,dializ şöbələrindən ibarət idi. Bütün şöbələrdə oldum. Mənim üçün ən maraqlı şöbə ambulatoriya şöbəsi oldu. Bu şöbədə Oberarzt Matiass Schaeir və Dr. Kihm mənə çox kömək oldular. Bizdə böyrək transplantasiyası çox çətin əməliyyat kimi qəbul edilir. Amma almanlar hətta böyrək, mədəaltı vəz, qaraciyərin birlikdə transplantasiyasına çox adi yanaşırlar , çünki belə əməliyyatları həddindən artıq çox icra edirlər. Ambulatoriyada əksər xəstələr post Nierentransplantasiya xəstələri və vaskulit xəstələri idi. Heidelbergdə bir çox Avropa ölkələrindən gələn vaskulitli xəstələr var idi. Ən çox qarşılaşdığım xəstələrdən biri də HD üçün endemic olan Hanta viruslu xəstələr idi.
Dializ şöbəsi çox yüksək təchiz olunmuşdu. Burda Asistentarzt Dr.Joerg mənə çox kömək oldu. Amma adını unutduğum internlə siyasi mübahisələr unudulmazdı və onu da qeyd edim ki , Chefarztimiz üçün Azərbaycanın qonşu ölkələrlə münasibəti çox maraqlı idi. Dializ şöbəsindəki həkimlərlə qastroenterologiya , kardiologiya,reanimasiya şöbələrində konsultasiyaya gedirdik və çox maraqlı olurdu. Stasionarda əksər xəstələr xroniki böyrək xəstələri idi . Burda yeni xəstələrlə Aufnahme və hər gün olan visitlər çox maraqlı olurdu. Xroniki xəstəlikləri və böyrək transplantasiyası olmuş xəstələr elə də maraqlı deyildi, çünki əksəriyyətinin vəziyyəti stabil olurdu. Amma maraqlı xəstələrimiz də var idi. Bir xəstəmiz (tibbi savadı yox idi) 40 il evində özünü dializ eləmişdi,sağlamlıq vəziyyəti yaxşi idi. Xəstəxanaya gəlmə səbəbi infeksiya idi. Chefarzt dedi ki, 40il özünü infeksiyadan qoruya bilibsə,halaldi ona:)Sonra Alport sindromlu xəstəmiz var idi.
Bizimlə birlikdə Çindən, Portuqaliyadan, Isveçrədən, Latviyadan və HDnin öz tələbələrindən praktikantlar var idi. Chefarztimiz deyirdi ki, biz international komandayıq:)Komandamızda dil problemi yoxdu.Hansı ölkədən xəstə bizə müraciet etsə onunla çox rahat ünsiyyət qura bilərik. Praktikantların hamisi Azərbaycanı tanıyırdı, təkcə çinli praktikant Liden başqa. Adı mənə çox qəribə gəlmişdi. Çünki çinlilərdən belə qısa ad gözləmirdim:) Soyadı da qısa idi. Onu da qeyd edim ki,Çində facebook ve skype istifadə olunmur. Onların gu- gu(kyu-kyu)adlandırdıqları öz internet şəbəkəsi var imiş.
Gəzintilər: Əvvəla Heidelberg çox böyük olmasa da çox gözəl şəhərdi. Ən maraqlı hissələri Schloss, Neckar, Bismarkplatzdi. Kitab magazalarinda çoxlu vaxt keçirmək maraqliydi, çünki, xüsusile tibb kitablarini görəndə həm sevinirsən ki, Almaniyada rezidentura təhsili alsam bu kitablardakilari rezidenturanin stimulyasiyasiyla oxuyub bitirib ve oyrənə biləcəm.Həm də təəsüflənirsən ki, kaş bizim tibb kitablarımız da belə olardı ve tibb təhsilimiz burdaki kimi olardi. Biz də öz ölkəmizdə təhsil alib, savadli həkim ola bilsəydik. Amma ümid edirem ki, ne vaxtsa olacaq. Schloss çox gözəldi ve Neckarla birlikde çox hüzurverən mənzərəsi var. Schlossun təzyiq fərqi mənə biraz pis təsir etsə də getməyə dəyərdi. Bismarkplatz Heidelbergin bir-iki canlı hissələrindəndi. Qeyri-adiliyi yoxdu, amma orda özünü Almaniyada hiss etmirsən, cünki almanlardan çox xaricilər var.
Frankfurt, Manheim, Wiesbaden, Neckarsulm, Heilbronn, Strasbourg şəhərlərində oldum. Ən maraqlılarından biri Wiesbadenə olan səfərim idi. Çünki iki həftədən sonra çoxlu Azərbaycan dilində danişa biləcəkdim ve tanış simalar:)Qurban dc. GAMCA heyətini Wiesbadene topladi. Praktikalarimizin necə olduğundan, bu ilk kliniki- tibbi tədqiqat lahiyəsindən çoxlu danişdıq ve çoxlu şəkil çəkdirdik:)Manheim çox sakit şəhərdi, qeyri-adiliyi yoxdu sadecə Almaniyanin ən çox türklər olan şəhəridi. Neckarsulma səfər gəzinti üçün yox işgüzar səfəriydi. DR.Nejat Miftari bizi öz dializ mərkəzinə apardi. Onun haqqında Qurban dc. Bizə məlumat vermişdi. Çox maraqlı həyat hekayəsi var. Qisaca Kosovadan tek ve heçnəsiz gəlib, indi ise dializ merkezinin sahibidir. Burda tibb bacisi Kristina mənə xəstənin dialize hazirlanmasını və dializdən sonrakı tədbirləri öyrətdi. Dr.Nejat dializdəki xəstələrin xəstəlikləri ile bizi taniş etdi.
Həmin gün Heidelbergdəki Nierenzentrumun həkimlərinin Neckarsulmdakı dializ şöbəsindəki həkimlərlə futbol oyunu var imiş.Bizi də dəvət etdilər. Meni tebii ki,izləməyə:)O gün qərar verdim ki, alman həkimlerinin futbol oynamağı tibbi qədər güclü imiş. Qeyd edim ki,qələbə Heidelbergin Nierenzentrum komandasinin oldu:).Strasbourg Bakiya cox oxşayır.Ferqlilik Bakıda çay, Strasbourgdakı qədər gülün olmaması ve qara dərili insanların çox az olmasıdı.Fransızların bəziləri çox yardimsevərmiş. Beləcə Nierenzentrumda bir ayliq praktika, Heidelberge yaxın şəhərlərə səfərlər, çoxlu insanlarla tanışlıqlardan sonra Azərbaycandayam. Ümid edirəm ki,nə vaxtsa bizim tibb təhsilimiz də Almaniyanin tibb təhsili kimi güclü olar.
Hormətlə Fexriyyə Məmmədova