II Summer Medical School Elan

     Tibb tələbələri, rezidentlər və həkimlərin nəzərinə!

     GAMCA Almaniyanın müxtəlif klinikalarında II Yay Tibb Kursları – II Summer Medical School lahiyəsində iştirak etmək üçün müsabiqə elan edir!
     Artıq ikinci ildir ki Azərbaycan Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyəti Azərbaycan Tibb Universiteti ilə birlikdə Almaniyanın aparıcı universitet klinikalarında belə yay praktikları təşkil edir. Kurslar 2013-cü ilin İyul - Avqust aylarında müxtəlif ixtisaslar üzrə Heidelberg ve Mannheim, Siegen, Frankfurt, Essen, Karlsruhe, Hannover, Neckarsulm və digər klinikalarda 1 və ya 2 aylıq təşkil edilir. Kurs iştirakçıları uyğun sahələr üzrə praktiki fəaliyyətlə məşğul olmaqla yanaşı müxtəlif treyninq və təhsil proqramlarında da iştirak etmək şansı qazanacaqlar. Bununla yanaşı 01.07. – 26.07.2013 və 05.08. – 30.08.2013 tarixlərində Marburgda 1 aylıq tibbi dil kursları da təşkil edilir.
     Qeydiyyatdan keçmək üçün qeydiyyat vərəqəsini  doldurun. Ərizə formasını doldurduqdan sonra summermedicalschool@gamca.az email adresinə göndərməyiniz xahiş olunur. Müraciəti qəbul olunan şəxslərə cavab mailləri göndəriləcək. Layihənin şərtləri və gedişi haqqında bütün yenilikləri və əlavə məlumatları mütəmadi olaraq bu linkdən əldə edə bilərsiz. http://gamca.az/az/pages/view/39

Müraciət üçün son tarix 31.04.2013 .

GAMCA Xaricdə Təhsil və İxtisasartırma Mərkəzi

GAMCA student


Koordinatorlar:

Almaniya:       Kamal Mammadov:   kamal.mammadov@gamca.az
Azərbaycan : Xalidə Mahmudova:   xalida.mahmudova@gamca.az 
Our socials