İnteraktiv mühazirə

      

Azərbaycan – Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyəti Azərbaycan Tibb Universitetinin dəstəyi ilə yeni “İnteraktiv Mühazirələr” adlı lahiyəsinə 15.02.13 tarixində start verir. Mühazirələrin requlyar olaraq hər ayın 2-ci həftəsinin cümə günü olmaqla ayda 1 dəfə keçirilməsi nəzərdə tutulub. Mühazirələr tibbin ən aktual problemlərini əhatə etməklə Azərbaycan Tibb Universitetində müasir texnoloji vasitələrdən (video prezentasiyalar, internet resuslarından online istifadə edilməsi, müxtəlif beynəlxalq seminarlar, online mühazirələr, klinikalarla skype əlaqənin yaradılması və.s) istifadə edilməklə açıq və interaktiv şəkildə keçiriləcək. Hər mühazirənin mövzusu, qısa prezentasiyası, keçirilməsi planlaşdırılan tarix, lektor və onun kontaktları  barədə öncədən saytımızda məlumat veriləcək. Mühazirələr açıq olacaq və istənilən tələbə və rezident online qeydiyyatdan keçməklə iştirakçı olmaq hüququ qazanacaqdır.

İlk mühazirənin mövzusu:

1.       Prof. Dr.Med. Qurban Müslümov “Laparoskopik cərrahiyyənin dünəni, bu günü və sabahı”.

2.      Prof. Ahmet Memiş “İnvaziv radiologiya: müasir təbabətdə yeri və perspektivləri”.

3.      Dr. Arzu Yusifova “Endoskopiya: inkişaf tarixi və müasir təbabətdə yeri”.

 

Keçiriləcəyi ünvan    tarix:   

Azərbaycan Tibb Universiteti Tədris Terapevtik Korpus         15.02.13   saat 14:30-17:00

Mühazirədə  iştirak etmək üçün qeydiyyat vərəqini   doldurub  student@gamca.az  e-mail ünvanına göndərməyiniz  kifayətdir!

Koordinator: Yusifova Gülnarə     gulnare.yusifova@gamca.az

 

Əlaqə:

Ünvan:       Həsənbəy Zərdabi küç, ev 77a, AZ1100, Bakı, Azərbaycan

Tel :            (+99412) 533-06-34

Mob:          (+99470) 733-06-34

                   (+99470) 551-49-21

Faks:          (+99412) 533-06-34

E-mail:       info@gamca.az

student@gamca.az

Web:        www.gamca.az

Our socials