Conversation über Medizin

Konversation über Medizin

Bu gün alman dilini öyrənən və öyrənmək istəyən çox sayda insanlar var. Onların arasında həkim və tibb tələbələri çoxluq təşkil edir. Lakin tibb sahəsi üzrə alman dili biliklərini təkmilləşdirmək üçün ölkəmizdə kifayət qədər şərait yoxdur.

Bunu nəzərə alaraq, “Azərbaycan-Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyəti”nin “GAMCA Student” komitəsində tibbi alman dilinin inkişafına dəstək olmaq üçün “Konversation über Medizin” - almanca tibbi danışıq klubu yaradıldı.

Layihə alman dilini öyrənən həkim və tibb tələbələri üçün əla bir fürsətdir. Burada almanca müxtəlif tibbi mövzuları müzakirə etməklə yanaşı, tibb sahəsində olan yeniliklər barədə informasiya veriləcək, həmçinin Almaniyanın aparıcı Universitet klinikaları ilə birgə təşkil ediləcək virtual davamlı tibb təhsili və təlim proqramlarının, onlayn seminar və müzakirələrin iştirakçısı olmaq imkanı yaradılacaq.

Danışıq klubunun toplantıları hər həftənin bazar günü saat 12:00-da “Azərbaycan – Alman Tibbi Əməkdaşlıq Cəmiyyəti”nin ofisində keçirilir. İştirak etmək üçün hər həftənin I - V günləri özünüz haqqında qısa informasiya və alman dili bilik səviyyənizi Konversation.GAMCA@gmail.com e-poçt ünvanına göndərin. İştirakçı olub-olmamağınız barədə məlumat hər həftənin V günü 18:00 dan sonra sizə e-poçt vasitəsi ilə bildiriləcəkdir. İştirak ödənişsizdir.

Our socials