- Haqqımızda
- 1.AGTMC 2015
- Yeniliklər
- Mərkəzlər
- Professional klublar
- Layihələrimiz
- Xidmətlərimiz
- Virtual univesitet
- Summer medical school
- Qalereya
- Foto
- Tibbi Treyninq Kursları, dekabr, 2013
- Tibbi Treyninq Kursları, may, 2013
- Elmi-kliniki tədqiqatlar
- Mühazirələr
- Münhen, 30 aprel-3 may 2013
- II Azərbaycan - Alman Tibbi Treyninq Kursları, 2013
- I Azərbaycan - Alman Tibbi Treyninq Kursları, 2012
- seminarlar
- III Azərbaycan - Alman Cərrahiyyə Günləri, 2012
- Summer medical school
- Mannhaym, Forum, 2011
- II Azərbaycan - Alman Cərrahiyyə Günləri, 2011
- I Azərbaycan - Alman Cərrahiyyə Günləri, 2008
- Video
- Foto
- Nəşrlərimiz
- Əməkdaşlıq
- Əlaqə
14.12.2012
14 dekabr tarixində Azərbaycan Cərrahlar Klubunun növbəti iclası keçirilmişdir.
Məlumat veririk ki, 14 dekabr tarixində Azərbaycan - Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyəti-nin ofisində Azərbaycan Cərrahlar Klubunun növbəti iclası keçirilmişdir. Tədbiri Cərrahlar Klubunun sədri, t.e.d. Qurban Müslümov açıq elan etmiş və bu ildə Azərbaycan Cərrahlar Klubunun son iclası olduğunu bildirmişdir. Sonra MNX Endoskopik Cərrahiyyə şöbəsinin mudiri Dr.Eldar Əhmədov «Od yollarının yatrogen zədələnmələri: səbəbləri, diaqnostika və mualicəsi» mövzusunda məruzə ilə çıxış etmişdır. Natiq öz məruzəsində öd yollarının zədələnmələrinin mexanizmini və səbəblərini ətraflı şərh etmiş, müasir cərrahiyyədə standart hesab edilən müalicə taktikalarını açıqlamışdır. İclasda laparoskopik əməliyyatlar zamanı yatrogeniya, azərbaycan reallıqları barədə müxtəlif fikirlər səsləndirilmişdir. Sonra invaziv radioloqlar prof. Ahmet Memiş və Ağakişi Yahyayevlə bərabər bu patologiya ilə olan xəstələrdə cərrah və radioloqların birgə fəaliyyətinin önəmli olduğunu xəstə nümunələri üzərinde əyani nümayiş etdirilmişdir. Mühazirədən sonra mövzu ətrafında maraqlı diskusiya aparılmış, iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılmışdır.
Daha sonra t.e.d. Qurban Müslümov tərəfindən mədə və 12 barmaq bağırsağın müştərək xora xəstəliyinə görə tam laparoskopik üsülla icra edilmiş distal qastrektomiya əməliyyatının videoprezentasiyası (case report) nümayiş etdirilmişdir. Respublikamızda qastrektomiyanın laparoskopik olaraq ilk dəfə icra edilməsini bildirən orator, 60 yaşlı xəstədə bu əməliyyatın 4 saata yaxın davam etdiyini və xəstənın əməliyyatın 3-cü günü evə yazıldığını bildirmişdir. Toplantı iştirakçıları onları düşündürən suallara etraflı cavab almış və uğurlu əməliyyat münasibətlə cərrahi briqadasını təbrik etmişlər.