Nobel mükafatçısı Rita Levi-Montalçini 103 yaşında vəfat etmişdir.

2012-ci il Dekabr ayının 30-da dünyanın ən yaşlı Nobel mükafatçısı Rita Levi-Montalçini 103 yaşında vəfat etmişdir. O öz Nobel mükafatını 1986-cı ildə Stenli Koenlə birgə tibb və fiziologiya üzrə boy faktorlarının, xüsusən də neyro boy faktorun (NGF) kəşfinə görə almışdır.

O, İtaliya ensiklopediyasının ilk qadın Prezidenti, İtaliyanın ömürlük fəxri senatoru olmaqla ikili İtaliya və ABŞ vətəndaşlığına malik olmuşdur.

İtalyan neyrobioloqu Rita Montalçini 22 Aprel 1909-cu ildə İtaliyanın Turin şəhərində yəhudi ailəsində anadan olmuşdur. Ailədə 4-cü uşaq olan Rita Levinin (30-cu illərdə familiyasını Levi-Montalçini etmişdir) atası  Adamo Levi riyaziyyatçı-mühəndis, anası Adele Montalçini isə məşhur rəssam olmuşdur.

Xatirələrində qeyd etdiyi kimi, onların ailəsində əsl Viktorian qanunları hökm sürürdü – bütün qərarlar ailənin başçısı sayılan ər tərəfindən qəbul edilirdi. Olduqca tərs və inadkar olan Rita onun ali təhsil almasının əleyhinə olan köhnə fikirli atasının iradəsinə əks olaraq Turin Universitetinin Tibb məktəbinə daxil olur, 1940-cı ildə nevrologiya və psixiatriya üzrə elmi dərəcə alır. Onun yoldaşları və yaxın rəfiqələri olan Salvador Luria and Renato Dulbecco ondan əvvəl Nobel mükafatı almışdılar və o həmişə onların sıralarına qatılacağına inanırdı (Onların hər üçü Cuzeppe Levinin (Giuseppe Levi, 1872- 1965) tələbəsi olmuşlar). 1939-cu ildə Mussolinin diktator rejimi ölkədəki yəhudilərə elmlə məşğul olmağı qadağan edir və Rita toyuq embrionları ilə bağlı təcrübələrini öz yataq otağında aparmağa məcbur olur.

II Dünya müharibəsi illərində nasistlərin təzyiqi altında Birləşmiş Ştatlara köçən Rita Vaşinqton Universitetinin embrioloqu Viktor Hamburgerlə birgə tədqiqatlara başlayır. Onlar siçanın şiş hüceyrələrini toyuq embrionuna köçürərək sinir hüceyrələrinin tez bir zamanda şiş toxumasına çevrildiyini aşkar edirlər. Buna əsasən Rita belə qənaətə gəlir ki, sinir hüceyrələrinin böyüməsinə səbəb naməlum stimullaşdırıcı maddələrdir.

1952-ci ildə Rita Braziliyaya yola düşərək burda rəfiqəsinin işlədiyi laboratoriyada tədqiqatlarını davam etdirir və oz fərziyyəsini sübuta yetirir. Rita bu stimullaşdırıcı maddələri sinir toxumasının boy faktoru (NGF) adlandırır.

Sonrakı araşdırmalarda NGF-in zülal olduğu və ilan zəhərində, erkək siçanların tüpürcək vəzilərində şişlərdən daha zəngin olduğu aşkar olundu.Rita eləcədə dəri hüceyrələrinin artiminı stimullaşdıran epidermal boy faktorunu (EGF) da aşkar etdi.

Onun kəşfləri dəri köçürülməsi və sinirlərin bərpa olunması texnologiyasının işlənməsinə təkan vermiş, onkologiyanın inkişafında əvəzsiz rol oynamışdır.

Rita Montalçini heç zaman ailə qurmamışdır. 

Our socials