Prof. Dr. Med. Q.Müslümov tərəfindən aparılan laparoskopik distal qastrektomiya əməliyyatı

Dünyanın aparıcı klinikalarında əksər abdominal əməliyyatlar laparoskopik üsülla icra edilir. Bu gün Azərbaycanda da bu əməliyyatlar uğurla icra edilməkdədir. Buna nümünə olaraq bu yaxınlarda akad. M.A.Topçubasov adına Elmi Cərrahiyyə Mərkəzinin əməkdaşı, Prof. Dr. Med Q.Müslümov tərəfindən mədə və 12 barmaq bağırsağın müştərək xora xəstəliyinə görə tam laparoskopik üsülla distal qastrektomiya əməliyyatının uğurla icra edilməsini göstərmək olar. 60 yaşlı xəstədə bu əməliyyat 4 saata yaxın davam etmiş və xəstə əməliyyatın 3-cu günü evə buraxılmışdır. Hazırda xəstənin vəziyyəti kafidir.Respublikamızda bu əməliyyatin ilk dəfə icra edilməsi münasibətilə cərrahi briqadanı təbrik edirik və əməliyyatın qısa videosunu Sizə təqdim edirik.

GAMCA



Our socials