Diqqət! Diqqət! Gənc həkimlər, rezidentlər və yuxarı kurs tələbələrin nəzərinə!!!

Diqqət! Diqqət! Gənc həkimlər, rezidentlər və yuxarı kurs tələbələrin nəzərinə!!!

Azərbaycan Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyəti Azərbaycan Tibb Universiteti ilə birgə növbəti dəfə Tibbi Treyninq Kursları təşkil edir. Treyninq kursları bir sıra: ümumi və laparoskopik cərrahiyyə, radiologiya və endoskopiya sahələrini əhatə etməklə ən müasir treyninq modelləri üzərində xüsüsi proqram əsasında həyata keçiriləcəkdir. 15-17 fevral 2013-cü il tarixlərində keçiriləcək Tibbi Treyninq kurslarında açıq və laparoskopik cərrahiyyə, radiologiya və endoskopiya üzrə adi tibbi vərdişlərlə yanaşı mürəkkəb cərrahi, invaziv, diaqnostik və digər müalicəvi texnikalar təcrübəli mütəxəssislərin məşqçiliyi ilə xüsusi simulyatorlar üzərində istirakçılara öyrədiləcəkdir. Kursu bitirənlərə sertifikat veriləcəkdir.

Nəzərinizə çatdıraq ki, bu dəfəki treyninqlər zamani hər bir iştirakçıya çəkiləcək 50 AZN dəyərində xərcin 30 AZN GAMCA tərəfindən, qalan hissəsi isə (25 AZN, GAMCA üzvləri üçün isə 20 AZN) istirakçı tərəfindən ödənilir.

Tədbir Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik korpusunda keçiriləcəkdir. Kurslara müraciət qeydiyyat vərəqəsini doldurmaqla 8 fevrala qədər aparılır. Doldurduğunuz qeydiyyat vərəqini treyning@gamca.az e-mail ünvanına göndərib bu barədə təsdiq məktubu aldıqdan sonra müraciətinizin başarılı olduğuna əmin ola bilərsiniz. İştirakçılar müraciət edənlər arasından seçiləcəkdir. Seçimin nəticələri barədə müraciət vaxtı bitdikdən sonrakı 3 gün ərzində GAMCA-nın rəsmi internet səhifəsindən informasiya ala bilərsiniz:www.gamca.az

Koordinatorlar:

Tapdıq Məmmədov tapdiq.mammadov@gamca.az

Günay Əliyeva gunay.aliyeva@gamca.az

Əlaqə:

Ünvan: Həsənbəy Zərdabi küç. ev 77a, AZ1100, Bakı, Azərbaycan 

Tel:

(+99412) 533-06-34

Mob:

(+99470) 733-06-34

Faks:

(+99455)839-19-19

(+99412) 533-06-34

E-mail:

info@gamca.az

Web:

www.gamca.az

Our socials