Azərbaycanda M.A. Topcubasov adına Elmi Cərrahiyyə Mərkəzində nadir cərrahiyyə əməliyyatı kecirilib

Azərbaycanda M.A. Topcubasov adına Elmi Cərrahiyyə Mərkəzində nadir cərrahiyyə əməliyyatı kecirilib. Əməliyyat ust-ustə 8 saat davam edib. Dunyada bu əməliyyatdan sayca 12-cisi Azərbaycanda uğurla başa catıb. Ilk dəfə tibbi ədəbiyyatda 2009-cu ildə təsvir edilən bu xəstəliyə bu günə qədər 12 nəfər ducar olub. Xəstəliyin əlamətləri belədir ki, aortadan cıxan visseral damarlardan biri (bu halda pankreası qidalandıran əsas damar) genişlənir və bu anevrizma partlayaraq xəstənin qəfləti ölümü ilə nəticələnə bilir. Belə bir xəstəlikdən əziyyət cəkən 50 yaslı Şəki sakini Hicran Sadıqovanın üzərində uğurlu cərrahiyyə həyata kecirilib. Hazırda xəstənin vəziyyəti yaxşıdır. Xəstənin həkimi, tibb elmləri doktoru Qurbanxan Müslümovun sözlərinə görə, əməliyyat 8 saat davam edib və ugurlu alınıb. Baxmayaraq ki,  əməliyyata qədər xəstə bir necə yerə xəstəliklə baglı muraciət edib və ona müalicəsi mümkün olmayan şiş diaqnozu qoyulub.

“Bu xəstənin bəxti onda gətirib ki, xəstəlik tez aşkarlanıb və partlamış anevrizma mədəaltı vəzinin içində yerləşib” - deyə Q.Müslümov bildirib.

Teletəbabət vasitəsilə xarici mutəxəssislərlə konsultasiya edilən bu xəstədə əməliyyatın Azərbaycanda həyata kecirilməsini xarici olkələrdə qeyri-mümkün bir hal hesab ediblər. Lakin indi reallıq budur - Azərbaycan səhiyyəsi belə bir əməliyyatı uğurla həyata kecirməyə qadirdir. Həkim-cərrah bildirib ki, əgər damar partlaması aşkar olunarsa, o zaman əməliyyatı tez etmək vacibdir. Cunki anevrizma adi bir   öskurəkdən, fiziki işdən belə partlaya bilər.

Sonda onu da deyək ki, bu əməliyyat bahalıdır. Təxminən 20-30 min dollara başa gəlir. Bunun da əsas səbəbi əməliyyat zamanı cox bahalı materiallardan istifadə olunmasıdır.  

Our socials