Diqqət! Diqqət! Gənc həkimlər, rezidentlər və yuxarı kurs tələbələrinin nəzərinə!

Diqqət! Diqqət!
Gənc həkimlər, rezidentlər və yuxarı kurs tələbələrinin nəzərinə! 
Bildiyiniz kimi, 29 sentyabr – 2 oktyabr 2012-ci il tarixlərində Azərbaycan – Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyəti Azərbaycan Tibb Universiteti ilə birgə Azərbaycan Gənclər Fondunun Dəstəyi ilə Almaniyadan dəvət olunmuş mütəxəssislərin iştirakı ilə 600-ə yaxın istirakçını ehatə edən “I Azərbaycan - Alman Tibbi treyninq kursları” keçirmişdi. Tədbirdən sonra iştirakçılar tərəfindən GAMCA-ya çoxlu sayda təşəkkür və minnətdarlıqlar, həmçinin belə tədbirlərin tez-tez keçirilməsi barədə təkliflər ünvanlanmışdır. Bunları nəzərə alaraq 2013-ci ilin yanvar ayından başlayaraq requlyar treyninq kurslarının keçirilməsi planlaşdırılr. Yanvar ayında keçiriləcək treyninqlər tibbin məhdud sahələrini əhatə edərək fərqli formatda keçiriləcək və müraciətlərin çoxluğunu nəzərə alaraq müəyyən sayda iştirakçı seçim turlarından keçərək tədbirdə iştirak etmək hüququ qazanacaq. Növbəti tədbirlə bağlı daha ətraflı məlumatlar yaxın zamanda www.gamca.azsaytında yerləşdiriləcək. Bizi izləyin!!!

Our socials