- Haqqımızda
- 1.AGTMC 2015
- Yeniliklər
- Mərkəzlər
- Professional klublar
- Layihələrimiz
- Xidmətlərimiz
- Virtual univesitet
- Summer medical school
- Qalereya
- Foto
- Tibbi Treyninq Kursları, dekabr, 2013
- Tibbi Treyninq Kursları, may, 2013
- Elmi-kliniki tədqiqatlar
- Mühazirələr
- Münhen, 30 aprel-3 may 2013
- II Azərbaycan - Alman Tibbi Treyninq Kursları, 2013
- I Azərbaycan - Alman Tibbi Treyninq Kursları, 2012
- seminarlar
- III Azərbaycan - Alman Cərrahiyyə Günləri, 2012
- Summer medical school
- Mannhaym, Forum, 2011
- II Azərbaycan - Alman Cərrahiyyə Günləri, 2011
- I Azərbaycan - Alman Cərrahiyyə Günləri, 2008
- Video
- Foto
- Nəşrlərimiz
- Əməkdaşlıq
- Əlaqə
Cərrahiyyə həyat verir!!!!!!!
Bu günlərdə M.Topçubaşov adına Elmi Cərrahlıq Mərkəzində Prof. Dr.Med Qurban Müslümovun rəhbərlik etdiyi cərrahlar briqadası tərəfindən çox unikal bir xəstə üzərində əməliyyat aparılıb. Uzun müddətdir çox şiddətli qarın ağrılarından şikayət edən xəstəyə pankreasın şişi olduğu və bunun da çarəsi olmadığı qərarı verilsə də xəstənin vəziyyətinin çox ağır olduğunu nəzərə alaraq xəstəyə cərrahi əməliyyat aparılmışdır. Əməliyyat zamanı çox nadir hallarda rast gəlinən bir patologiya-yuxarı mezenterik arteriyanın şaxəsi olan aşağı pankreatikoduodenal arteriyanın psevdoanevrizması aşkar edilmişdir. Apardığımız araşdırmalara görə bu patologiya ilk dəfə 2009-cu ildə ədəbiyyatda təsvir edilmiş və bu günə qədər ədəbiyyatda 6 belə hal rast gəlinmişdir. Bu xəstələrdə anevrizmanın partlama təhlükəsi çox yüksək olur ki, bu zaman da fatal nəticə demək olar ki, qaçılmazdır. Xəstədə Dr. İlyas Həsənovun rəhbərlik etdiyi komanda tərəfindən uğurla anevrizmanın angioqrafiyadan sonra radioloji embolizasiyası aparılmış və bununla da xəstənin həyatına olan təhlükə tam aradan qaldırılmışdır. Bununla da ölüm hökmü verilmiş bir xəstəyə yeni həyat bəxş edilmişdir.
Bu münasibətlə xəstənin müalicəsində əməyi olan hər kəsə dərin təşəkkür edirik! Cərrahiyyə həyat verir!!!!!!!