Azərbaycan – Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyəti “I Azərbaycan- Alman Tibbi treninq kursları”na bu gündən start verir.


Azərbaycan – Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyəti  Azərbaycan Tibb Universiteti , “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı   və Azərbaycan Gənclər Fondunun Dəstəyi ilə 29 sentyabr – 2 oktyabr 2012-ci il tarixlərində Almaniyanin Haydelberg ve Siegen Universitet klinikalarından dəvət olunmuş mütəxəssislərin iştirakı ilə “I Azərbaycan- Alman Tibbi treninq kursları”bu gündən işinə start verdi.

Tədbiri giriş sözü ilə açıq elan edən Azərbaycan-Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyətinin sədri , prosfessor Qurbanxan Muslimov  qonaqları və tədbir iştirakçılarını salamladı.Rəsmi açılış mərasimdə Azərbaycan Tibb Universitetinin prorektoru, Milli Məclisin deputatı, professor Rafiq Məmmədhəsənov, millət vəkilləri Ceyhun Osmanlı, Jalə Əliyeva, Məlahət İbrahimqızı, Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun layihələr və regionlarla iş sektorunun müdiri Vaqif Seyidbəyov, Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik klinikasının direktoru, professor Surxay Musayev, elmi xadimlər, “İrəli” İctimai Birliyinin baş katibi Nərmin Məmmədova, ASAIF-in baş katibi Vüsal Qurbanov iştirak ediblər.

R.Məmmədhəsənov Tibb Universitetində mütəmadi olaraq beynəlxalq səviyyəli tədbirlərin keçirilməsinin artıq ənənəyə çevrildiyini bildirib. Qeyd edib ki, təşkil edilən Azərbaycan-Alman tibbi təlim kurslarının gənc təbiblərin inkişafında və müasir tibbin yenilikləri ilə bağlı məlumatlar qazanmasında böyük əhəmiyyəti var.

Azərbaycan–Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyətinin sədri, professorQurban Müslümov layihə haqqında geniş məlumat verib. M.Qurbanov vurğulayıb ki, təlim kursları təbabətin aktual sahələrini əhatə etməklə ən müasir təlim modelləri üzərində xüsusi proqram əsasında həyata keçiriləcək.

Qeyd edək ki, kurslardan əksəriyyəti rezidentlər və tələbələr olmaqla 500 nəfərə yaxın mütəxəssis yararlanacaq.

Milli Məclisin deputatları Ceyhun Osmanlı, Məlahət İbrahimqızı, Jalə Əliyevaçıxış edərək bildiriblər ki, səhiyyənin bu günkü inkişafı təkcə ölkə daxilində deyil, beynəlxalq aləmdə də müsbət qarşılanır. Bu səpkili tədbirlərin keçirilməsi buna bariz nümunədir. Belə ki, gənclər öz üzərilərində işləməklə, bu kimi tədbirlərə qatılaraq bilik və təcrübələrini artıra bilərlər.

Vaqif Seyidbəyov isə bu kimi tədbirlərin əhəmiyyətini qeyd edərək, gənclərin inkişafına, gələcək karyeralarına töhfə verəcəyini bildirib və fondun daim bu kimi tədbirlərin həyata keçirilməsinə dəstək olacağını vurğulayıb.

Tədbir zamanı Azərbaycan-Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyətinin Almaniyanın bir neçə universitetləri ilə birgə planlaşdırdığı “Elmi-kliniki tədqiqatların müasir əsasları və istiqamətləri” adlı layihəsinin təqdimatı da keçirilib.



Our socials