Tibbi Treyninq Kursları

Azərbaycan – Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyəti Azərbaycan Tibb Universiteti ilə birgə və Azərbaycan Gənclər Fondunun Dəstəyi ilə 28 sentyabr – 2 oktyabr tarixlərində tibbin bir sıra sahələrini: ümümi cərrahiyyə, laparoskopik cərrahiyyə və ginekologiya, anesteziologiya- reanimatologiya, endoskopiya, uronefrologiya və. s sahələri əhatə etməklə müasir treninq modelləri üzərində xüsüsi proqram əsasında praktik təlimlər həyata keçirəcəkdir.
Tədbirdə Azərbaycanın tanınmış mütəxəssisləri ilə yanaşı Almaniyanın aparıcı klinikalarından dəvət edilmiş professorlar da iştirak edəcəkdir.
Tədbirdə rezidentlər, yuxarı kurs tibb tələbələri, gənc həkimlər və əməliyyat tibb bacılarının iştirakına üstünlük veriləcək. Qeyd edək ki, təlimlər pulsuzdur və iştirak etmək üçün ərizə formasını dolduraraq (ərizə formasi.word doc. )qeydiyyatdan keçmək lazımdır.
Əlavə məlumat üçün trening.gamca@gmail.com ünvanına müraciət edə bilərsiniz.
Hörmətlə: Təşkilat komitəsi

Our socials