- Haqqımızda
- 1.AGTMC 2015
- Yeniliklər
- Mərkəzlər
- Professional klublar
- Layihələrimiz
- Xidmətlərimiz
- Virtual univesitet
- Summer medical school
- Qalereya
- Foto
- Tibbi Treyninq Kursları, dekabr, 2013
- Tibbi Treyninq Kursları, may, 2013
- Elmi-kliniki tədqiqatlar
- Mühazirələr
- Münhen, 30 aprel-3 may 2013
- II Azərbaycan - Alman Tibbi Treyninq Kursları, 2013
- I Azərbaycan - Alman Tibbi Treyninq Kursları, 2012
- seminarlar
- III Azərbaycan - Alman Cərrahiyyə Günləri, 2012
- Summer medical school
- Mannhaym, Forum, 2011
- II Azərbaycan - Alman Cərrahiyyə Günləri, 2011
- I Azərbaycan - Alman Cərrahiyyə Günləri, 2008
- Video
- Foto
- Nəşrlərimiz
- Əməkdaşlıq
- Əlaqə
7-9 mart tarixlərində Azərbaycan-Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyətinin silsilə layihəsi olan növbəti, 3- cü Azərbaycan-Almaniya Cərrahiyyə Günləri keçirildi.

7-9 mart tarixlərində Azərbaycan-Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyəti (AATƏC), İrəli İctimai Birliyi, Milli Onkologiya Mərkəzi, Almaniyanin Siegen-Marien-Krankenhaus xəstəxanasının və Avromed şirkətinin birgə əməkdaşlığı ilə növbəti “3cü Azərbaycan-Almaniya Cərrahiyyə Günləri” Monolit Plaza otelinin konfrans zalında keçirildi.
Tədbiri giriş sözü ilə Azərbaycan Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyətinin sədri prof.Qurbanxan Müslümov açıq elan etdi və qonaqları salamladı. Sonra Milli Məclisin Sosial siyasət komitəsinin üzvü, millət vəkili İlham Məmmədov tibb sahəsində müasir standartların Azərbaycana gətirilməsində böyük əhəmiyyət kəsb edən bu tip layihələr barədə öz müsbət fikirlərini bildirib, bütün həkim, rezident və tibb tələbələrinə bu tip layihələrdən maksimum faydalanmağı məsləhət gördü. Milli Onkologiya Mərkəzinin(MOM) Baş Həkimi Fuad Quliyev lahiyə iştirakçılarını salamladı və artıq bir neçə ildir silsilə şəkildə keçirilən konfransın işlərində uğurlar arzuladı.
Konfransın akedemik hissəsində Almaniyanin Siegen Marien Krankenhaus klinikasinin professoru F.Willeke tərəfindən “Ümümi cərrahiyyədə və cərrahi onkologiyada müasir aspektlər: prespektivlər və problemləri” mövzusunda geniş məruzə etdi. Növbəti məruzə həmin Klinikanın anesteziologiya şöbəsinin rəhbəri Prof.W.Hering tərəfindən “ Ağrısız, təhlükəsiz anesteziya “ mövzusunda oldu.
Çay fasiləsindən sonra tədbir iştirakçıları professorların rəhbərliyi ilə laparoskopik cərrahiyyə və anesteziologiya sahəsində modellər üzərində praktik işləri davam etdirdilər və bu sahələrdə mövcud mürəkkəb kliniki halları müzakirə etdilər .
Tədbirin 2-ci günü, 8 mart tarixində AATƏC, MOM və “İrəli” İB-nin birgə həyata keçirdikləri “Elmi-tibbi tədqiqatların müasir əsasları və istiqamətləri” layihəsinin yekun nəticələri təqdim olundu. Bu layihənin icrasına bir il əvvəl MOM-un direktoru, akademik Cəmil Əliyevin elmi rəhbərliyi ilə başlanılmışdır. Layihənin məqsədi gənc həkim və tibb tələbələrini müasir elmi-tibbi araşdırmaların obyekti olan problemlərlə tanış etmək və bu yönümdə elmi – tədqiqatların aparılmasında mövcud olan müasir standartların Azərbaycana gətirilməsinə çalışmaqdır. Qeyd edək ki, layihənin həyata keçirildiyi müddət ərzində 60-dan çox gənc həkim və tibb tələbəsinə tibbi (Xərçəng nədir? Xərçəng rəqəmlərdə, Elmi – tədqiqat işinin aparılmasında immunohistokimyanın rolu, İmpakt faktor, Tibbdə Nobel mükafatçıları, İctimai Səhiyyə, Uro-onkologiya, Ginekologiyanın aktual problemləri, Tibb elmində tədqiqatların molekulyar bioloji əsasları və.s) və qeyri tibbi (Oratorluq peşəsinin sirrləri, inkşafa aparan yol və.s) mövzularda seminar və treninqlər keçirilmişdir. Tədbir çərçivəsində keçirilən layihənin plenar iclasında layihə zamanı seçilmiş 5 iştirakçı tərəfindən MOM də müxtəlif orqan şişlərində EGFR genin rolunu müəyyən etmək üçün aparılan elmi – tədqiqat işlərinin nəticələri təqdim olunmuşdur. Və bu tədqiqat işləri münsiflər heyəti tərəfindən qiymətləndirilmiş və qaliblər müəyyən edilmişdir. İlk yeri tutan iştirakçı AATƏC tərəfindən Almaniyada 2 aylıq, 2 –ci yerləri paylaşan 2 iştirakçı Almaniyanin Siegen Marien Krankenhaus klinikasinin professoru F.Willeke dəvəti ilə hər biri 1 aylıq aparıcı klinikalarının birində tədqiqat laboratoriyası ilə tanış olmaq , elmi-işini davam etdirmək imkanı qazanmışdırlar.
Daha sonra digər çıxışçılar Avromed şirkətinin direktoru Cavanşir Feyziyev tərəfindən apardıqları maraqlı elmi işlərə və gözəl məruzələrinə görə Almaniyada 1 aylıq elmi –təcrübə üçün təqaüdlə mükafatlandırıldı.
Nahar fasiləsindən sonra tədbir Almaniyanın aparıcı klinikalarında çalışan proffessorlar tərəfindən laparoskopik cərrahiyyə və anesteziologiya sahələri üzrə praktik məşğələlər və simulyator modellər üzərində təlimlərlə davam etdirilmişdir.
Tədbirin 3-cü günü, təhsilini məhz Almaniyada davam etdirmək arzusunda olan şəxslərə Almaniyada təhsil imkanları və yolları haqqında hazırda Almanıyanın Siegen Marien Krankenhaus klinikasinda fəaliyyət göstərən Dr. Med Lala Qasımova ətraflı məlumat verilmiş, eyni zamanda Azərbaycan-Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyətinin böyük və olduqca əhəmiyyətli layihələrindən biri hesab edilən Alman – Azəri Tibb Lüğəti layihəsinin təqdimatı edilmişdir və bu layihənin aktuallığından və əhatə edəcəyi xidmət sahələrindən danışılmışdır.
Çay fasiləsindən sonra tədbir iştirakçıları modelləri üzərində laparoskopik cərrahiyyə və anesteziologiya sahəsində treninqlər aparılmışdırlar.
Tədbirin 2-ci yarısında AATƏC ən fəal komitəsi olan Alman- Azərbaycan Cərrahlar Klubunun görüşü keçirilmişdir. Görüşdə Prof. F. Willeke “Mürəkkəb laparoskopik cərrahiyyənin prespektivləri və problemləri “, Prof.W.Hering “Kolektomiya və damar cərrahiyyəsində anesteziyanın xüsusiyyətləri”, Dr.R.Friedberg “Damar Cərrahiyyəsinin gələcəyi-Vaskulyar Təbabət( endovaskulyar intervensiyalar, stentlər və.s )
Mövzusunda, Dr.Med. T.Hasenberg “Bariatrik cərrahiyyənin prinsipləri və prespektivləri” mövzusunda məruzələr etmişdirlər. Tədbir alman və azəri həmkarların maraqlı müzakirə və fikir mübadilələri ilə davam etdirilmişdir.
Tədbirin 3-cü günü.