- Haqqımızda
- 1.AGTMC 2015
- Yeniliklər
- Mərkəzlər
- Professional klublar
- Layihələrimiz
- Xidmətlərimiz
- Virtual univesitet
- Summer medical school
- Qalereya
- Foto
- Tibbi Treyninq Kursları, dekabr, 2013
- Tibbi Treyninq Kursları, may, 2013
- Elmi-kliniki tədqiqatlar
- Mühazirələr
- Münhen, 30 aprel-3 may 2013
- II Azərbaycan - Alman Tibbi Treyninq Kursları, 2013
- I Azərbaycan - Alman Tibbi Treyninq Kursları, 2012
- seminarlar
- III Azərbaycan - Alman Cərrahiyyə Günləri, 2012
- Summer medical school
- Mannhaym, Forum, 2011
- II Azərbaycan - Alman Cərrahiyyə Günləri, 2011
- I Azərbaycan - Alman Cərrahiyyə Günləri, 2008
- Video
- Foto
- Nəşrlərimiz
- Əməkdaşlıq
- Əlaqə
“İRƏLİ” İctimai Birliyinin Tədqiqatlar Mərkəzi Azərbaycan-Almaniya Tibb Cəmiyyəti (AGMS) ilə birlikdə tibb tələbələri və gənc
“İRƏLİ” İctimai Birliyinin Tədqiqatlar Mərkəzi Azərbaycan-Almaniya Tibb Cəmiyyəti (AGMS) ilə birlikdə tibb tələbələri və gənc həkimlər üçün “Elmi – tibbi tədqiqatların müasir əsasları və istiqamətləri” adlı layihəyə start vermişdir. Nəzərinizə çatdıraq ki, “İRƏLİ” İctimai Birliyi 2011-ci ildəki elm layihələri dahi akademik Azad Mirzəcanzadənin xatirəsinə həsr olunur.
Layihənin həyata keçirilməsində əsas məqsəd müasir elmi-tibbi tədqiqatların aparılması sahəsində mövcud olan müasir standartların və elmi biliklərin Azərbaycana gətirilməsidir. Bu məqsədlə lahiyə çərçivəsində tələbələr və gənc tədqiqatçılar tərəfindən tibbi tədqiqatların aparılmasına dəstək vermək, onları müasir elmi-tibbi araşdırmaların əsasları, istiqamətləri və nəticələri ilə tanış etmək, tibb tələbələri və gənc həkimlərə müasir elmi tədqiqatlarin planlaşdırılması, aparılması metodikası və vərdişlərinin aşılanması, tədqiqat məqsədilə ədəbiyyat mənbələrindən və informasiya texnologiyalarından istifadə üsullarının öyrənilməsi, öz araşdırmalarının nəticələrinin analiz edilməsi və publikaya təqdim edilməsi, elmi-diskussiya vərdişlərinin aşılanması yönümündə treninqlərin həyata keçirilməsi planlaşdırılır. Layihə 6 aylıq dövrü əhatə edəcəkdir. Layihənin sonunda elmi konfrans keçiriləcək və müəyyən meyarlara görə münsiflərin verdiyi ballar əsasında lahiyənin qalibləri seçiləcəkdir. Layihənin qaliblərinə diplomlar və akademik Azad Mirzəcanzadə adına elmi mükafatlar təqdim olunacaqdır. Bundan əlavə layihənin qalibləri Almaniyanın aparıcı Elmi Mərkəzlərindən birinə elmi ezamiyyətə göndəriləcəkdir.
Layihənin açılış mərasimi 15 fevral 2011 – ci il, saat 11:00-da “İrəli” İctimai Birliyinin ofisində keçirilmişdir. Tədbirdə Azərbaycan-Almaniya Tibb Cəmiyyətinin sədri Dr. Qurban Müslümov, uzun illər Almaniyada çalışmış Azərbaycan həkimlər və tibb tələbələri assosiasiyasının prezidenti Vüqar Yaqublu, Mərkəzi Neftçilər xəstəxanasının insan toxumaları və orqanları transplantasiyası şöbəsinin müdiri Mircəlal Kazımi, millət vəkili Ceyhun Osmanlı iştirak etmişlər. Ceyhun Osmanlı media nümayəndələrini və qonaqları salamladıqdan sonra Dr. Qurban Müslümov layihə barədə ətraflı məlumat vermişdir. Daha sonra Vüqar Yaqublu çıxış etmiş və qeyd etmişdir ki, Almaniyanın Manhaym şəhərinin Universitet Klinikasında Azərbaycanın gənc həkim və fəal tibb tələbələrinin 1-ci forumu keçiriləcəkdir. Hal-hazırda keçirilən layihənin iştirakçıları Almaniyada keçiriləcək forumda iştirak etmək hüququ qazana bilərlər.
Qeyd edək ki, layihənin xarici partnyorları Almaniyanın Universitet Klinikaları, yerli partnyoru isə Milli Onkologiya Mərkəzidir.