Azərbaycan - Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyəti (AATƏC) “Elmi – tibbi tədqiqatların müasir əsasları və istiqamətləri” layihəsi davam etməkdədir.

Milli Onkologiya Mərkəzinin dəstəyi, Azərbaycan - Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyəti (AATƏC) və “İRƏLİ” Tədqiqatlar və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Akademik Azad Mirzəcanzadənin xatirəsinə həsr olunmuş “Elmi – tibbi tədqiqatların müasir əsasları və istiqamətləri”  layihəsi davam etməkdədir.

3 dekabr 2011-ci il tarixində  layihənin III praktik mərhələsinin ilk toplantısı Milli Onkologiya Mərkəzinin konfrans zalında keçirildi. Toplantını layihə rəhbəri Prof.Qurbanxan Müslimov giriş sözü ilə açdı.Layihə koordinatoru Gülay Babayeva qonaqlara layihə ilə bağlı geniş məlumat verdi.

Milli Onkologiya Mərkəzinin həkimi Prof.Levent Albayrak ''Müasir tibbi tədqiqatlarda immunohistokimyəvi tədqiqatların yeri''mövzusunda ümumi məlumat verdi, sonra bu mövzu ətrafında Milli Onkologiya Mərkəzinin həkim-patomorfoloqu Dr.Bahadur Abbasov geniş təqdimat ilə çıxış etdi və layihənin bu mərhələsində görüləcək işlərin təhlil və tədqiq yollarına aydınlıq gətirdi.

Sonda layihə iştirakçılarından Allahverdi Şahverənov,Humay Ağayeva və Billurə Vəliyeva II mərhələnin sonunda əldə edilmiş son məlumatları haqda geniş məruzə etdilər və auditoriyanın çoxsaylı suallarını cavablandırdılar.
Nəzərinizə çatdiraq ki, start verdiyimiz praktik mərhələnin digər görüşləri də layihənin əsas əməkdaşlarından olan Milli Onkoloji Mərkəzdə keçiriləcəkdir.

Our socials