- Haqqımızda
- 1.AGTMC 2015
- Yeniliklər
- Mərkəzlər
- Professional klublar
- Layihələrimiz
- Xidmətlərimiz
- Virtual univesitet
- Summer medical school
- Qalereya
- Foto
- Tibbi Treyninq Kursları, dekabr, 2013
- Tibbi Treyninq Kursları, may, 2013
- Elmi-kliniki tədqiqatlar
- Mühazirələr
- Münhen, 30 aprel-3 may 2013
- II Azərbaycan - Alman Tibbi Treyninq Kursları, 2013
- I Azərbaycan - Alman Tibbi Treyninq Kursları, 2012
- seminarlar
- III Azərbaycan - Alman Cərrahiyyə Günləri, 2012
- Summer medical school
- Mannhaym, Forum, 2011
- II Azərbaycan - Alman Cərrahiyyə Günləri, 2011
- I Azərbaycan - Alman Cərrahiyyə Günləri, 2008
- Video
- Foto
- Nəşrlərimiz
- Əməkdaşlıq
- Əlaqə
14 noyabrda BMM-də Azərbaycan Diabet Cəmiyyətinin təşkilatçılığı ilə Diabet Günü mövzusunda dəyirmi masa keçirilib.
14 noyabrda BMM-də Azərbaycan Diabet Cəmiyyətinin təşkilatçılığı ilə Diabet Günü mövzusunda dəyirmi masa keçirilib.
Tədbiri açıq elan edən Diabet Cəmiyyyətinin sədri Möminat Ömərova bildirib ki, 14 noyabr bütün dünyada, o cümlədən Azərbaycanda da diabet günü kimi qeyd olunur. Sədr bütün iştirakçıları diabet qarşı birləşməyə və mübarizə aparmağa çağırıb.
BMT-nin İctimai Əlaqələr üzrə Departamentinin nümayəndəsi Envira Selimoviç BMT-nin 2007-ci ildən bəri bugünü diabet günü kimi qeyd etməsini, hər il diabet haqqında ayrıca bir mövzu seçildiyini bildirib və sonda baş katibin ismarıcını səsləndirib.
Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova diabet xəstəliyinin tək qarşısının alınmasının deyil, onun törəmə səbəbinin araşdırılmasının, monitorinq aparılmasının vacibliyini də vurğulayıb.
Gənclər və İdman Nazirinin müavini İntiqam Əliyev təmsil etdiyi qurumun diabet xəstəliyi üzrə fəaliyyət istiqamətindən və gənclər arasında maarifləndirmə işinin aparılmasından söhbət açıb.
Səhiyyə Nazirliyinin nəzdində İctimai səhiyyə və islahatlar mərkəzinin direktoru Ceyhun Məmmədov isə diabet xəstələrinə dövlət qayğısı haqqında 2003-cü ildə qəbul olunmuş qanundan, bu sahədə dövlət proqramının həyata keçirilməsindən danışıb.
Azərbaycan Diabet Cəmiyyətinin sədr müavini Akif Muxtarov isə Diabetik xəstələrin hüquq və vəzifələri haqqında qəbul olunmuş beynəlxalq xartiyadan və onun əsas məqsədindən danışıb.
Azərbaycan Endrokrinologiya və Diabetologiya Terapevtik Təlimat Assosiyasının sədri Temfira Əliyeva xəstələrə terapevtik təlimatın keçilməsinin, onların həkimlə daimi olaraq ünsiyyətdə olmasının vacibliyini vurğulayıb.
Həkim endokrinoloq Arzu Əliyeva da tədbir iştirakçılarına orta məktəblərdə bu xəstəliyə qarşı həyata keçirdikləri pilot layihədən bəhs edib.
"Diabetə tutulmuş gənclərə kömək"ictimai qurumun nümayəndəsi Gülnara İsgəndərli təşkilatın diabet xəstəliyə düçar olmuş gənclər üçün gördükləri işlərdən söz açıb.
Sonda çıxış edən Azərbaycan - Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyətinin baş katibi Gülay Babayeva isə bir cəmiyyət olaraq həmişə şəkərli diabet xəstələrinin yanında olduğunu bildirib.
Dəyirmi masadan sonra Park Bulvarda Diabet Əleyhinə flaşmob keçirilmişdir və maarifləndirici bukletlər paylanılmışdır.