- Haqqımızda
- 1.AGTMC 2015
- Yeniliklər
- Mərkəzlər
- Professional klublar
- Layihələrimiz
- Xidmətlərimiz
- Virtual univesitet
- Summer medical school
- Qalereya
- Foto
- Tibbi Treyninq Kursları, dekabr, 2013
- Tibbi Treyninq Kursları, may, 2013
- Elmi-kliniki tədqiqatlar
- Mühazirələr
- Münhen, 30 aprel-3 may 2013
- II Azərbaycan - Alman Tibbi Treyninq Kursları, 2013
- I Azərbaycan - Alman Tibbi Treyninq Kursları, 2012
- seminarlar
- III Azərbaycan - Alman Cərrahiyyə Günləri, 2012
- Summer medical school
- Mannhaym, Forum, 2011
- II Azərbaycan - Alman Cərrahiyyə Günləri, 2011
- I Azərbaycan - Alman Cərrahiyyə Günləri, 2008
- Video
- Foto
- Nəşrlərimiz
- Əməkdaşlıq
- Əlaqə
I Almaniya Azərbaycan Cərrahiyyə günləri
“Azərbaycan-Almaniya Cərrahiyyə
Günləri”
İyun ayının 6-da “Excelsior” mehmanxanasının “Afurca” zalında
Azərbaycanda ilk dəfə olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, M.
Topçubaşov adına Elmi Cərrahlıq Mərkəzi, Almaniyanın Heydelberq
Universitetinin Mannheim Cərrahlıq Klinikası, Almaniyanın Sieqen Cərrahlıq
Klinikası və “İRƏLİ” Ümumrespublika Gənclər Hərəkatının təşkilatçılığı ilə
“Azərbaycan-Almaniya Cərrahiyyə Günləri”nin açılışına həsr olunan
konfrans keçirildi. Konfransda M. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin
direktoru, akademik Böyükkişi Ağayev tədbirin əhəmiyyətindən və
ölkəmizdə səhiyyə sahəsinə göstərilən dövlət qayğısından danışdı.
Almaniyanın Heydelberq Universitetinin Mannheim Cərrahlıq klinikasının direktoru Stefan Post və digər qonaqlar çıxış edərək qeyd etdilər ki, Azərbaycanda səhiyyə sahəsində sürətli inkişaf var. Bu tədbirin keçirilməsi Azərbaycanla Almaniya arasında səhiyyə sahəsindəki əməkdaşlığın daha da inkişaf etməsinə öz töhfəsini verəcək.
Eyni zamanda millət vəkili Hadı Rəcəbli və İRƏLİ ÜGH-nın həmtəsisçisi Ceyhun Osmanlı çıxış edərək bildirdilər ki, bu tip elmi tədbirlərin tez-tez keçirilməsi çox yaxşı göstəricidir. “Birgə əməkdaşlıq nəticəsində bir çox uğurlara imza atmaq olar. Gələcəkdə bizim kadrlar öndə olan klinikalarda öz təcrübələrini artırmaqla Azərbaycanın səhiyyə sahəsinə xidmət etmiş olurlar. Yeni texnologiyaların Azərbaycanda tətbiqi gələcəkdə bir çox nailliyyətlər əldə etməyə yardımçı ola bilər.