Elmi tətqiqatların muasir istiqamətləri və əsasları

“Elmi – tibbi tədqiqatların müasir əsasları və istiqamətləri”  - Azərbaycan-Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyətinin (GAMCA)  İRƏLİ” İctimai Birliyi Tədqiqatlar Mərkəzi ilə birlikdə tibb tələbələri və gənc həkimlər üçün təşkil etdiyi  layihədir. LayihəAkademik Azad Mirzəcanzadənin xatirəsinə həsr olunur.                      

    Lahiyənin həyata keçirilməsində əsas məqsəd müasir elmi-tibbi tədqiqatların aparılması sahəsində mövcud olan müasir standartların və elmi biliklərin Azərbaycana gətirilməsidir. Bu məqsədlə lahiyə çərçivəsində tələbələr və gənc tədqiqatçılar tərəfindən tibbi tədqiqatların aparılmasına dəstək vermək, onları müasir elmi-tibbi araşdırmaların əsasları, istiqamətləri və nəticələri ilə tanış etmək, tibb tələbələri və gənc həkimlərə müasir elmi tədqiqatlarin planlaşdırılması, aparılması metodikası və vərdişlərinin aşılanması, tədqiqat məqsədilə ədəbiyyat mənbələrindən və informasiya texnologiyalarından istifadə üsullarının öyrənilməsi, öz araşdırmalarının nəticələrinin analiz edilməsi və publikaya təqdim edilməsi, elmi-diskussiya vərdişlərinin aşılanması və s. tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Layihə xərçəng tədqiqatlarına həsr olunur.           

  Layihəyə tibbin müxtəlif sahələrini  əhatə edən, tibbdə müasir məlumat və təcrübələri paylaşmağa imkan verən tədris proqramının tətbiqi, interaktiv mühazirələr, təlim və məşğələlər, müxtəlif dəirmi masalar, qruplarda iş, treyninqlər, elmi diskusiyalar, konfranslar, aparılan elmi tədqiqatların nəticəsi olaraq tezislərin, məqalələr yazılması və gənc tədqiqatçıların xarici ölkələrə səfərləri daxildir.  Layihə zamanı tibbi təhsil proqramında kifayət qədər nüfuzlu, xaricdə təhsil almış həkimlər və tədqiqatçılar, yerli və xarici mütəxəssislərin cəlb edilməsi nəzərdə tutulur. Layihənin sonunda elmi konfrans keçiriləcək və müəyyən meyarlara görə münsiflərin verdiyi rəy əsasında lahiyənin qalibləri seçiləcəkdir.                    

 Layihənin qalibləri Almaniyanın aparıcı Elmi Mərkəzlərindən birinə elmi ezamiyyətə  göndəriləcəkdir.


1n2132g321

öhpkh

Our socials