- Haqqımızda
- 1.AGTMC 2015
- Yeniliklər
- Mərkəzlər
- Professional klublar
- Layihələrimiz
- Xidmətlərimiz
- Virtual univesitet
- Summer medical school
- Qalereya
- Foto
- Tibbi Treyninq Kursları, dekabr, 2013
- Tibbi Treyninq Kursları, may, 2013
- Elmi-kliniki tədqiqatlar
- Mühazirələr
- Münhen, 30 aprel-3 may 2013
- II Azərbaycan - Alman Tibbi Treyninq Kursları, 2013
- I Azərbaycan - Alman Tibbi Treyninq Kursları, 2012
- seminarlar
- III Azərbaycan - Alman Cərrahiyyə Günləri, 2012
- Summer medical school
- Mannhaym, Forum, 2011
- II Azərbaycan - Alman Cərrahiyyə Günləri, 2011
- I Azərbaycan - Alman Cərrahiyyə Günləri, 2008
- Video
- Foto
- Nəşrlərimiz
- Əməkdaşlıq
- Əlaqə
Almaniyanın Haydelberq Universitetinin Mannhaym Universitet Klinikasında
“İRƏLİ” İctimai Birliyi Tədqiqatlar Mərkəzinin Azərbaycan-Almaniya Tibb Cəmiyyəti (AGMS) ilə birlikdə dahi akademik Azad Mirzəcanzadənin xatirəsinə həsr olunmuş “Elmi – tibbi tədqiqatların müasir əsasları və istiqamətləri” adlı layihəsi davam etməkdədir.
Layihə çərçivəsində 16.04.2011-ci il saat 17:00-dən 19:00-dək Almaniyanın Haydelberq Universitetinin Mannhaym Universitet Klinikasında və Almaniyanin müxtəlif elmi və kliniki mərkəzlərində çalışan, elmi və praktik kurslarda olan azərbaycanlı həkim və tibb üzrə təhsil alan tələbələrinin iştirakı ilə skype vasitəsilə online seminar keçirilmişdir. Azərbaycanda ilk dəfə keçirilən seminarda hal-hazırda Almaniyada olan layihə rəhbəri t.e.d. Q.Müslümov moderatorluq etmişdir.
Mannhaym Universitet Klinikasının kitabxanasında təşkil olunmuş online seminar zamanı Almaniyada olan həkim və tələbələr ABŞ və Avropa ölkələrində elmi tədqiqatlar üçün yaradılmış şərait, müxtəlif sahələrdə aparılan tibbi tədqiqatların metodikası, həmçinin tibb təhsilinin özəllikləri barədə həmkarları ilə öz təəssüratlarını bölüşmüş, onları maraqlandıran məsələlər barədə online fikir mübadiləsi aparmışdılar. Seminar çərçivəsində gələcək tədqiqatçılara elmi-tədqiqat işlərinin aparılması üçün vacib olan məsələlər müzakirə edilmiş, Bakıdakı tələbələr və gənc həkimlər onları düşündürən bütün suallara birbaşa Skype vasitəsilə cavab almışlar.
Sonda xaricdə təhsil alan və elmi fəaliyyətlə məşğul olan mütəxəssislərin Azərbaycana qayıtması, müasir tibbi standartların bizim səhiyyəmizə transfer edilməsi, bu istiqamətdə mövcud olan problemlər və perspektivlər ətraflı müzakirə edilmişdir. Eləcə də online müzakirələr çərçivəsində gənc təbiblərə qarşılarına qoyulmuş məqsədə çatmaq üçün təhsilin və elmi tədqiqqatların harada aparılmasından asılı olmayaraq əzmkarlıq göstərmək, tibb elminin ən son nailiyyətləri barədə informasiya və biliklərini artırmaq, müasir elmi metrodikalara yiyələnmək və bu yönümdə daim öz üzərində çalışmaq tövsiyə edilmişdir.