"İRƏLİ" İctimai Birliyinin Tədqiqatlar Mərkəzi Azərbaycan-Almaniya Tibb Cəmiyyəti (AGMS)

"İRƏLİ" İctimai Birliyinin Tədqiqatlar Mərkəzi Azərbaycan-Almaniya Tibb Əməkdaşlıq Cəmiyyəti  (AGMA) ilə birlikdə tibb tələbələri və gənc həkimlər üçün “Elmi – tibbi tədqiqatların müasir əsasları və istiqamətləri” adlı layihəyə start verir. Layihənin həyata keçirilməsində əsas məqsəd müasir elmi-tibbi tədqiqatların aparılması sahəsində mövcud olan müasir standartların və elmi biliklərin Azərbaycana gətirilməsidir. Bu məqsədlə lahiyə çərçivəsində tələbələr və gənc tədqiqatçılar tərəfindən tibbi tədqiqatların aparılmasına dəstək vermək, onları müasir elmi-tibbi araşdırmaların əsasları, istiqamətləri və nəticələri ilə tanış etmək, tibb tələbələri və gənc həkimlərə müasir elmi tədqiqatlarin planlaşdırılması, aparılması metodikası və vərdişlərinin aşılanması, tədqiqat məqsədilə ədəbiyyat mənbələrindən və informasiya texnologiyalarından istifadə üsullarının öyrənilməsi, öz araşdırmalarının nəticələrinin analiz edilməsi və publikaya təqdim edilməsi, elmi-diskussiya vərdişlərinin aşılanması yönümündə treninqlərin həyata keçirilməsi planlaşdırılır. Layihə 6 aylıq dövrü əhatə edəcək.

Layihəyə tibbin müxtəlif sahələrini  əhatə edən, tibbdə müasir məlumat və təcrübələri paylaşmağa imkan verən tədris proqramının tətbiqi, interaktiv mühazirələr, təlim və məşğələlər, müxtəlif dəyirmi masalar, qruplarda iş , elmi diskussiyalar, konfranslar, aparılan elmi tədqiqatların nəticəsi olaraq tezislərin, məqalələrin yazılması və gənc tədqiqatçıların xarici ölkələrə səfərləri daxildir. Layihə zamanı tibbi təhsil proqramında kifayət qədər nüfuzlu, xaricdə təhsil almış həkimlər və tədqiqatçılar, yerli və xarici mütəxəssislərin cəlb edilməsi nəzərdə tutulur. Layihənin sonunda elmi konfrans keçiriləcək və müəyyən meyarlara görə münsiflərin verdiyi ballar əsasında lahiyənin qalibləri seçiləcək.

Layihənin qalibləri Almaniyanın aparıcı Elmi Mərkəzlərindən birinə elmi ezamiyyətə göndəriləcəkdir. Layihənin açılış mərasimi 15 fevral 2011 – ci il, saat 11:00-da “İrəli” İctimai Birliyinin ofisində keçiriləcək. (Ünvan: Sabir küç 3, İçərişəhər. Əlaqə: Aynur Həsənzadə – 055 298 66 55)

Our socials