Layihə çərçivəsində "Elmi – tibbi tədqiqatlar zamanı immunohistokimyəvi araşdırmaların rolu " seminar keçirilmişdir.

 “İRƏLİ” İctimai Birliyinin Tədqiqatlar Mərkəzi Azərbaycan-Almaniya Tibb Cəmiyyəti (AGMS) ilə birlikdə dahi akademik Azad Mirzəcanzadənin xatirəsinə həsr olunmuş “Elmi – tibbi tədqiqatların müasir əsasları və istiqamətləri” adlı layihəsi davam etməkdədir.

 Layihə çərçivəsində 30 mart 2011 – ci il saat 16:30 –da "Elmi – tibbi tədqiqatlar zamanı  immunohistokimyəvi araşdırmaların rolu " mövzusunda AzerMDS vitse-prezidenti MD Sabina Babayeva tərəfindən seminar keçirilmişdir. Seminar zamanı gənc tədqiqatçılara immunohistokimyəvi tədqiqatların müasir təbabətdə və elmi – tədqiqatlarda yeri və rolu barəsində geniş məlimat verilmiş və bunun ətrafında maraqlı və geniş disskusiya aparılmışdır. İştirakçıların nəzərinə çatdırılmışdır ki, layihənin növbəti mərhələlərində hər bir iştirakçı nəzəri biliklərlə yanaşı bu müayinələrin aparılmasının birbaşa icraçısı olacaqdır.


Our socials