- Haqqımızda
- 1.AGTMC 2015
- Yeniliklər
- Mərkəzlər
- Professional klublar
- Layihələrimiz
- Xidmətlərimiz
- Virtual univesitet
- Summer medical school
- Qalereya
- Foto
- Tibbi Treyninq Kursları, dekabr, 2013
- Tibbi Treyninq Kursları, may, 2013
- Elmi-kliniki tədqiqatlar
- Mühazirələr
- Münhen, 30 aprel-3 may 2013
- II Azərbaycan - Alman Tibbi Treyninq Kursları, 2013
- I Azərbaycan - Alman Tibbi Treyninq Kursları, 2012
- seminarlar
- III Azərbaycan - Alman Cərrahiyyə Günləri, 2012
- Summer medical school
- Mannhaym, Forum, 2011
- II Azərbaycan - Alman Cərrahiyyə Günləri, 2011
- I Azərbaycan - Alman Cərrahiyyə Günləri, 2008
- Video
- Foto
- Nəşrlərimiz
- Əməkdaşlıq
- Əlaqə
“Elmi – tibbi tədqiqatların müasir əsasları və istiqamətləri” layihəsi çərçivəsində "Azad Mirzəcanzadəni necə tanıyırıq?" mövzusunda seminar keçirilmişdir
“İRƏLİ” İctimai Birliyinin Tədqiqatlar Mərkəzi Azərbaycan-Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyəti (AGMA) ilə birlikdə tibb tələbələri və gənc həkimlər üçün “Elmi – tibbi tədqiqatların müasir əsasları və istiqamətləri” adlı layihəyə start vermişdir. Layihə çərçivəsində ilk seminar 5 mart 2011-ci il tarixində saat 13:30-da “İRƏLİ” Gənclik Mərkəzinin Şuşa zalında keçirilmişdir. Seminarın mövzusu “Azad Mirzəcanzadəni necə tanıyırıq? " olmuşdur.
Tədbirdə “İRƏLİ” İctimai Birliyinin sədri Ceyhun Osmanlı, Azərbaycan-Almaniya Tibb Cəmiyyətinin sədri Dr. Qurban Müslümov, Azərbaycan həkimlər və tibb tələbələri assosiasiyasının prezidenti Vüqar Yaqublu, Azərbaycan Tibb Universitetinin urologiya kafedrasının müdiri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Sudeif İmamverdiyev, Elmi Tədqiqat Tibbi bərpa institutunun direktoru, professorƏlişir Musayev, Neftin, Qazın Geotexnoloji Problemləri və Kimya Elmi Tədqiqat İnstitutunun direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Elmira Ramazanova, Azərbaycan Dövlət Televiziyasının xəbərlər departamentinin rəhbəri, telejurnalist Rafiq Həşimov, Texniki elmlər doktoru, laboratoriya rəhbəri akademik Qeylani Pənahov, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Kriminalistika və Məhkəmə ekspertizası kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru, Bəxşeyiş Əsgərov iştirak etmişlər.
Ceyhun Osmanlı media nümayəndələrini və qonaqları salamladıqdan sonra Dr. Qurban Müslümov Azad Mirzəcanzadənin həyatı, elmi və pedoqoji yaradıcılığı, xidmətləri, elmi nailiyyətləri , biblioqrafiyasından maraqlı epizodlar barədə məlumat vermişdir. Daha sonra Azad Mirzəcanzadəni yaxından tanıyan alimlər və onun dostları öz xatirələrini bölüşmüş və iştirakçıları maraqlandıran sualları cavablandırmışlar. Sonda akademik Azad Mirzəcanzadənin “Ideyalar verməyə paxıllıq etməyin” ifadəsi iştirakçılar tərəfindən layihəyə deviz olaraq qəbul olunmuşdur.
Nəzərinizə çatdıraq ki, layihə bütünlükdə dahi akademik Azad Mirzəcanzadənin xatirəsinə həsr olunmuşdur.