GAMCA Azərbaycan Tibb Universiteti ilə birgə 2016-ci il üçün Yay Tibb Məktəbi – Summer Medical School lahiyəsinə start vermişdir

Azərbaycan Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyəti

YAY TİBB MƏKTƏBİ

SOMMER MEDIZINISCHE SCHULE

SUMMER MEDICAL SCHOOL

Azərbaycan Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyəti Azərbaycan Tibb Universiteti ilə birgə 2016-ci il üçün Almaniya, Avstriya və İsveçrədə Yay Tibb Məktəbi – Summer Medical School lahiyəsində iştirak etmək üçün ərizə qəbuluna start verir. Lahiyə çərçivəsində tələbə, rezident və gənc həkimlərin Almaniya, İsveçrə və Avstriya ilə yanaşı Hollandiya və İsveçin də 15-ə yaxın aparıcı Universitet və tədris klinikalarında tibbi praktika keçmək şansı var. Seçim turlarını uğurla keçərək iştirakçı hüququnu qazanmış şəxslər 2016-ci il iyun-avqust aylarında Almaniyanın Heidelberg, Mannheim, Siegen, Hannover, Köln, Karlsruhe, Essen, Freiburg, Siegerland, Neckarsulm, İsveçrənin Lozanna, Basel və St. Gallen, Avstriyanın İnnsbruck, Vyana və s. universitet klinikalarında müxtəlif ixtisaslar üzrə 1, 2 və ya 3 aylıq tibbi praktika keçmək hüququ qazanacaqlar. Seçim üçün əsas meyarlar alman və ingilis dili bilgiləri, ərizə verənlərin motivasiya məktubları və cəmiyyətimizin tədbirlərində nə dərəcədə aktiv iştirak etmələri olacaqdır. Seçim turlarını uğurla keçmiş iştirakçılar üçün dəvətlərin alınması, praktikanın keçirələcəyi yerdə yerləşdirilmə, klinikada praktika rəhbərinin və praktiki fəaliyyətin təşkili və s. məsələlər lahiyənin Azərbaycandan və Almaniyadan olan koordinatorları tərəfindən həyata keçirilir.

Müraciət edənlər arasında ən yaxşı göstəriciləri olan 2 nəfərin xərcləri dəvət edən klinika tərəfindən ödəniləcəkdir!!

Ərizələrin qəbulu 10.09.2016 tarixindən 31.01.2016 tarixinədək davam edəcək. Lahiyədə iştirak üçün müsabiqəyə qatılmaq istəyənlər qeydiyyat sözünə klikləyərək anketi dolduraraq qeydiyyatını tamamlamalı və 0553428181 mobil telefonuna sms (“SMS 2016” sözünü, ad və soyad göstərilməklə) göndərmələri tələb olunur. Ərizə vermək və sizi maraqlandıran suallarla bağlı ətraflı məlumat almaq üçün aşağıdakı ünvanlara müraciət edə bilərsiniz:

sign_up

Lahiyənin koordinatorları:

Parviz Ali: parvizalijev@gmail.com
Xalida Mahmudova: khalidamahmudova@gmail.com
Nigar Hamidova:  dr.hamidova.nigar@gmail.com

Ünvan: H.Zərdabi, 77a
Tel: (+994 12) 533-06-34
Tel: (+994 50) 437-99-83
Tel: (+994 55) 342-81-81

e-mail: sms.gamca2016@gmail.com
web: www.gamca.az

Our socials