Davosda keçirilən Cərrahi Forum uğurla başa çatmışdır

Məlumat verdiyimiz kimi, ənənəvi olaraq İsveçrənin Davos şəhərində keçirilən və bu il 28 Fevral - 6 Mart tarixlərində baş tutmuş Cərrahiyyə üzrə Avropanın ən reytinqli treyninq kurslarında Azərbaycandan 11 nəfər həkim iştirak etmişdir. M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin professoru Q.Müslümov bu kurslarda ilk qeyri Avropalı treyner qismində iştirak etmişdir.

Treyninqlər zamanı maraqlı məruzələrlə yanaşı açıq və laparoskopik cərrahiyyədə son illər tətbiq edilən ən müasir texnikalar və yanaşmalar Avropanın ən təcrübəli mütəxəssisləri tərəfindən iştirakçılara öyrədilmişdir. Bu forumda  onun yaradıcısı olmayan ölkələrdən ilk dəfə olaraq Azərbaycandan bu qədər iştirakçı qatılmışdır ki, bu da hamıda Azərbaycana olan marağı xeyli artırmişdır. Forumun gedişində Azərbaycandan olan nümayəndə heyəti tərəfindən Azərbaycan mətbəxi və müsiqisi gecəsi təşkil etmişlər.


Our socials