Azərbaycanlı cərrahlar qida borusunun şişi olan xəstədə çox nadir bir əməliyyat etmişlər

Azərbaycan cərrahları bu günlərdə qida borusunun şişi olan 42 yaşlı xəstədə çox mürəkkəb bir cərrahi əməliyyat icra etmişlər. Əməliyyat barədə bu növ əməliyyatların icra edilməsi üzrə Almaniyada uzun müddətli ixtisaslaşma keçmiş Prof.Dr.med Qurbanxan Müslümov bunlari söylədi:

"Son illərə qədər bu tip əməliyyatlar dünyanın hər yerində həm döş qəfəsində, həm də qarında böyük kəsiklər aparmaqla icra edilirdi. Bu isə xəstəliyin öz riskindən əlavə həyat üçün təhlükəli ağırlaşmaların yaranmasına səbəb olurdu və xəstələr 10 günlərlə xəstəxanalarda yatirdı. Artı bir neçə illərdir ki, dünyanın aparıcı mərkəzlərində bu əməliyyatları az invaziv yolla, yəni kəsik aparılmadan bir neçə kiçik ölçülü dəlik açmaqla videnəzarətin altında icra etməyə başlayıblar.Bu gün böyük bir qürur hissi ilə söyləmək olar ki, Azərbaycanda da artıq bu tip əməliyyatlar uğurla icra olunur".

Xatırladaq ki, xəstələr bu əməliyyatlardan sonra 1-ci gündən gəzməyə başlayır və 4-5 gündən sonra klinikanı tərk edirlər.

Bəzi əməliyyat şəkillərini diqqətinizə çatdırırıq. Əməliyyatın video görüntüləri ilə isə  https://www.youtube.com/watch? linkinə basmaqla taniş ola bilərsiniz.

GAMCA

Our socials