- Haqqımızda
- 1.AGTMC 2015
- Yeniliklər
- Mərkəzlər
- Professional klublar
- Layihələrimiz
- Xidmətlərimiz
- Virtual univesitet
- Summer medical school
- Qalereya
- Foto
- Tibbi Treyninq Kursları, dekabr, 2013
- Tibbi Treyninq Kursları, may, 2013
- Elmi-kliniki tədqiqatlar
- Mühazirələr
- Münhen, 30 aprel-3 may 2013
- II Azərbaycan - Alman Tibbi Treyninq Kursları, 2013
- I Azərbaycan - Alman Tibbi Treyninq Kursları, 2012
- seminarlar
- III Azərbaycan - Alman Cərrahiyyə Günləri, 2012
- Summer medical school
- Mannhaym, Forum, 2011
- II Azərbaycan - Alman Cərrahiyyə Günləri, 2011
- I Azərbaycan - Alman Cərrahiyyə Günləri, 2008
- Video
- Foto
- Nəşrlərimiz
- Əməkdaşlıq
- Əlaqə
Azərbaycanda torakoskopik qida borusu rezeksiyası əməliyyatı icra edilmişdir
Azərbaycanda son illər Avropanın və dünyanın inkişaf eləmiş ölkələrində təhsil almış mütəxəssislər tərəfindən ugurlu cərrahi əməliyyatlar aparılır. Bu günlərdə Bakıdakı özəl klinikaların birində qida borusunun törəməsi olan 52 yaşlı xəstədə qida borusunun torakoskopik üsulla rezeksiyası əməliyyatı icra edilmişdir (Torakoskopik İvor-Levis əməliyyatı). Məlumat üçün qeyd edək ki, bu əməliyyat zamanı xəstənin qida borusunun 3/2 hissəsi törəmə ilə birlikdə kəsilib atılır və mədədən düzəldilmiş yeni qida borusu ilə əvəz edilir. Son zamanlar cərrahi praktikada tətbiq edilən yeni texnoloji avadanlıqlar bu tip əməliyyatların kəsik aparılmadan və az invaziv yolla uğurla aparılmasına imkan yaradır.
Xatırladaq ki, bu əməliyyat Prof.Dr.med Qurbanxan Müslümovun rəhbərlik etdiyi cərrahlar briqadası tərəfindən icra edilmişdir. Yaxin günlərdə əməliyyatın videosunu sizlərlə paylaşacağıq.
GAMCA