GAMCA Azərbaycan Tibb Universiteti ilə birgə 2015-ci il üçün Yay Tibb Məktəbi – Summer Medical School lahiyəsinə start vermişdir

Azərbaycan Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyəti
YAY TIBB MƏKTƏBİ
SOMMER MEDIZINISCHE SCHULE
SUMMER MEDICAL SCHOOL

Azərbaycan Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyəti Azərbaycan Tibb Universiteti ilə birgə 2015-ci il üçün Almaniya, Avstriya və İsveçrədə Yay Tibb Məktəbi – Summer Medical School lahiyəsində iştirak etmək üçün ərizə qəbuluna start verir. Lahiyə çərçivəsində tələbə, rezident və gənc həkimlərin Almaniya, İsveçrə və Avstriya ilə yanaşı Hollandiya və İsveçin də 15-əyaxın aparıcı Universitet və tədris klinikalarında tibbi praktika keçmək şansı var. Seçim turlarını uğurla keçərək iştirakçı hüququnu qazanmış şəxslər 2015-ci il iyun-avqust aylarında Almaniyanın Heidelberg, Mannheim, Siegen, Hannover, Köln, Karlsruhe, Essen, Freiburg, Siegerland, Neckarsulm, İsveçrənin Lozanna, Basel və St. Gallen, Avstriyanın İnnsbruck, Vyana və s. universitet klinikalarında müxtəlif ixtisaslar üzrə 1 və ya 2 aylıq tibbi praktika keçmək hüququ qazanacaqlar. Seçim üçün əsas meyarlar alman və ingilis dili bilgiləri, ərizə verənlərin motivasiya məktubları və cəmiyyətimizin tədbirlərində nə dərəcədə aktiv iştirak etmələri olacaqdır. Seçim turlarını uğurla keçmiş içtirakçılar üçün dəvətlərin alınması, praktikanın keçirələcəyi yerdə yerləşdirilmə, klinikada praktika rəhbərinin və praktiki fəaliyyətin təşkili və s. məsələlər lahiyənin Azərbaycandan və Almaniyadan olan koordinatorları tərəfindən həyata keçirilir.

Müraciət edənlər arasında ən yaxşı göstəriciləri olan 2 nəfərin xərcləri dəvət edən klinika tərəfindən ödəniləcəkdir!!

Ərizələrin qəbulu 10.10.2014 tarixindən 10.02.2015 tarixinədək davam edəcək. Lahiyədə iştirak üçün müsabiqəyə qatılmaq istəyənlər aşağıdakı anketi ( http://www.boxca.com/e9bs3lgz1x50/sms_erize__1_.doc.html ) doldurub sms.gamca2015@gmail.com ünvanına gondərməli və 0553428181 mobil telefonuna sms (“SMS 2015” sözünü , ad və soyad göstərilməklə) gondərmələri tələb olunur. Ərizə vermək və sizi maraqlandıran suallarla bağlı ətraflı məlumat almaq üçün aşağıdakı ünvanlara müraciət edə bilərsiniz:

Lahiyənin koordinatorları:
Parviz Ali parvizalijev@gmail.com
Nərminə Ələkbərova n.alakbarova92@gmail.com
Nərgiz Ələkbərova nargiz.alekperova@inbox.ru

Ünvan: H. Zərdabi 77a
Tel: (+994 12) 533 06 34
Tel: (+994 50) 437 99 83
(+994 55) 342 81 81
e-mail: sms.gamca2015@gmail.com
web: www.gamca.az

Our socials