- Haqqımızda
- 1.AGTMC 2015
- Yeniliklər
- Mərkəzlər
- Professional klublar
- Layihələrimiz
- Xidmətlərimiz
- Virtual univesitet
- Summer medical school
- Qalereya
- Foto
- Tibbi Treyninq Kursları, dekabr, 2013
- Tibbi Treyninq Kursları, may, 2013
- Elmi-kliniki tədqiqatlar
- Mühazirələr
- Münhen, 30 aprel-3 may 2013
- II Azərbaycan - Alman Tibbi Treyninq Kursları, 2013
- I Azərbaycan - Alman Tibbi Treyninq Kursları, 2012
- seminarlar
- III Azərbaycan - Alman Cərrahiyyə Günləri, 2012
- Summer medical school
- Mannhaym, Forum, 2011
- II Azərbaycan - Alman Cərrahiyyə Günləri, 2011
- I Azərbaycan - Alman Cərrahiyyə Günləri, 2008
- Video
- Foto
- Nəşrlərimiz
- Əməkdaşlıq
- Əlaqə
Azərbaycan Cərrahlar Klubunun növbəti toplantısı keçirilmişdir
Azərbaycan Cərrahlar Klubunun (ASC) yay tətilindən sonrakı ilk toplantısı 1 oktyabr 2014-cü il tarixində Azərbaycan Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyətinin ofisində keçirilmişdi.Əvvəlcə Prof.Dr. Qurbanxan Müslümov qonaqları salamladı və toplantıya qatılan Türkiyənin məşhur Gülhanə Tibb Akademiyasının professor dosent heyyətini təqdim etdi. Sədr toplantının əsas mövzusu olan Minimal İnvaziv Cərrahiyyə və onun gələcəyi, Azərbaycandakı durumu barədə məlumat verdikdən sonra sözü ilk məruzəci, Türkiyənin Gülhane Askeri Tıp Akademisinin (GATA) Professoru Dr.Sezai Demirbaşa verdi.Prof.Dr. Sezai Demirbaş çıxışını yenidən Azərbaycanda olduğundan məmnun olduğunu bildirməklə başladı və Trans Anal Minimal İnvaziv Cərrahiyə (TAMİS) mövsuzunda davam etdirdi. Dinləyicilər tərəfindən böyük maraqla qarşılanan mövzu ətrafında ətraflı müzakirə aparıldı.Daha sonra toplantı Prof.Dr. Qurbanxan Müslümovun Laparoskopik Refundoplikasiyalar zamanı tor istifadəsi vacibdirmi? mövzusunda məruzəsi ilə davam etdi və xəstə nümunəsi təqdim edilməklə video material üzərində geniş diskussiya aparıldı (https://www.youtube.com/watch?v=dHu2GZVdl0k)
Toplantının sonunda tədbir iştirakşıları ilə xatirəşəkli çəkildi.