Gastrointestinal Cərrahiyyə üzrə Davos Kursları

28 Fevral - 6 Mart 2015-ci il tarixlərində İsveçrənin Davos şəhərində ildə bir dəfə keçirilən Gastrointestinal Cərrahiyyədə açıq və laparoskopik cərrahi texnikalar üzrə 1 həftəlik treyninq kursları keçiriləcəkdir. Xəbər verdiyimiz kimiç ötən ilki kursların gedişində Azərbaycan Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyətinin (GAMCA) sədri, prof.Dr.med Qurbanxan Müslümov həmin kurslara treyner seçilmişdir. Ona gorə də treyninqlərə iştirakçıların GAMCA tərəfindən daha güzəştli şərtlərlə aparılması mümkün olmuşdur. 

Treyninqlər ənənəvi olaraq  sadə, orta və ixtisaslaşmış qruplarda 3 səviyyədə açıq və laparoskopik cərrahiyyədə məşhur Davos texnikalarının tədrisi üzrə keçiriləcəkdir. xatirladaq ki, Davos Kursları Avropada bu sahədə mövcud olan ən reytingli treyninq kurslarıdır.

Kurslar barədə ətraflı məlumatı http://www.davoscourse.ch/index.html internet saztından ala bilərsiniz. 

GAMCA 10 iyul 2014 tarixdən başlayaraq kurslarda iştirak üçün sənədlərin qəbuluna başlayır. Son müraciət tarixi 30 Noyabr 2014-cü ildir. Ərizəçilər arasından daha yaxşı treyninq vərdişləri olan 2 nəfərin xərcləri GAMCA tərəfindən ödəniləcəkdir. 

İştirakçı olmaq üçün bizə müraciət edə bilərsiniz: gmuslumov@gmail.com

Tel: 0503103201; 0553428181

GAMCA

Our socials