Azərbaycan Cərrahlar Klubunun növbəti toplantısı bariatrik və metabolik cərrahiyyəyə həsr edilir

Əziz həmkarlar,

Diqqətinizə çatdırırıq ki, Azərbaycan Cərrahlar Klubunun növbəti toplantısı iyun ayının 6-ı  saat 16:30-da həmişə olduğu kimi  Azərbaycan Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyətinin ofisində ( Bakı şəhəri Zərdabi küş., 77A ) keçiriləcəkdir.

 Bu dəfəki mövzumuz:

 Bariatrik və Metabolik cərrahiyyə: gözləntilər, reallıqlar və perspektivlər.

Məruzəçi: Ümumi və laparoskopik cərrah, t.ü.f.d. Fərid Rəfiyev

İclasda iştirak etmək açıq və pulsuzdur. Odur ki, Klubumuzun üzvü olmayanlar da iştirak edib müzakirələrə qatıla bilərlər.

 

Dəvəti aldığınızı təsdiqləmək, həmçinin tədbirlə bağlı sualları ünvanlamaq üçün aşağıdakı elektron ünvana müraciət edə bilərsiniz asclub2011@gamca.az

Our socials