Laparoskopik Fundoplikasiya üzrə treyninq kursları

GAMCA Treyninq Mərkəzi Laparoskopik Fundoplikasiya Treyninq kursları keçirəcək

18-20 aprel 2014-cü il tarixlərində Azərbaycan - Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyətinin Tibbi Treyninq Mərkəzi Laparoskopik Fundoplikasiya (LF) üzrə treyninq kurslarını keçirəcək. Treyninq kurslarında əməliyyatlar ən müasir treyninq avadanlıqlarından istifadəetməklə heyvan orqanlarından hazırlanmış xüsusi modellər üzərində aparılacaq. Kurs Avropanın aparıcı treyninq mərkəzlərinin proqramlarına əsasən aparılacaq və 2 mərhələdən ibarət olacaq. I mərhələdə canlı toxumalar üzrərində Laparoskopik Fundoplikasiya əməliyyatı ekstrakorporal tikiş texnikasının istifadəsilə, II mərhələdə isə  bu əməliyyat intrakorporal tikiş texnikasının istifadə etməklə aparılacaq. Treyninqlər zamanı Laparoskopik tikiş texnikasının və Laparoskopik Fundoplikasiyanın fundamental prinsipləri və texniki aspektləri  barədə mühazirə keçiriləcək.LF əməliyyatının nəzəri aspektləri, baş verə biləcək ağırlaşmaların profilaktikası və mualicəsi təcrübəli mütəxəssislərin məşqçiliyi ilə istirakçılara öyrədiləcəkdir. Kursu uğurla başa vurmuş iştirakçılara sertifikatlar veriləcək.

Kurslara müraciət online olaraq aparılacaqdır. Online qeyddiyat üçün isə www.gamca.az saytından  və facebook səhifəmizdən (Laparoskopik Fundoplikasiya Kursları) yüklədiyiniz qeydiyyat vərəqəsini (http://www.boxca.com/e551rbt0mklo/qeydiyyat_vereqi.doc.html)

10 mart 2014-cü il tarixinə qədər  treyning.gamca@gmail.com

e-mail ünvanlarından birinə göndərə bilərsiniz. Tədbirin proqramın bu linkdən yükləyə bilərsiniz (http://www.boxca.com/zl1zvk6y5m6o/proqram_18-20.docx.html)

Tədbir Azərbaycan - Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyətinin ofisində keçiriləcək.  

Tədbirin yenilikləri barədə məlumatları GAMCA-nın rəsmi internet səhifəsindən (www.gamca.az) və həmçinin tədbirin facebook səhifəsindən(https://www.facebook.com/gamca.aatec)

 informasiya ala bilərsiniz.

Koordinatorlar: 

Günay Əliyeva          gunay.aliyeva@gamca.az

Vüqar Behbudov  behbudovv@gmail.com

Tapdıq Məmmədov   tapdiq.mammadov@gamca.az

Əlaqə:

Ünvan:    Həsənbəy Zərdabi küç. ev 77a, AZ1100, Bakı, Azərbaycan 

               Tel:    (+99412) 533-06-34 

               Mob:  (+99470) 733-06-34;(+99455) 342-81-81

Our socials