Summer Medical School lahiyəsi davam edir

Məlumat verdiyimiz kimi, GAMCA artıq ikinci ildir ki, tibb tələbələri, rezidentlər və gənc həkimlərimiz üçün Almaniyada Yay Tibb Məktəbi - Summer Medical School lahiyəsini həyata keçirir. Bu il 30 nəfərə yaxın tələbə və həkimin bu fürsətdən yararlanaraq Almaniyanın 10-a yaxın Universitet və akademik klinikalarında 1 aylıq tibbi praktika keçmək şansı qazanacaqlar. Bu müddət ərzində tələbələrimiz Almaniyada kliniki fəaliyyət və həkimliyin özəllikləri ilə tanış olmaqla yanaşı əməliyyatlarda və müayinələrdə birbaşa iştirak etmək şansı da əldə edəcəklər. 

İndi iştirakçılarımıza daha bir xoş xəbərimiz də var. Son günlər apardığımız danışıqlar əsasında Almaniyanın aparıcı klinikaları ilə yanaşı İsveçrənin iki Universitet Klinikası ilə də bu barədə razılaşma əldə edilmişdir. Belə ki, Basel və St.Gallen Universitet Klinikalarının hər birinə eyni şərtlərlə daha 2-3 tələbə və həkim göndərmək şansımız olacaqdır. 

Xatırladırıq ki, ərizələrin qəbulu 31 aprel 2014-cü ilədək qəbul edilir. Ərizə verənlər arasında seçim turlarına martın ortalarında start veriləcək.

GAMCA


Our socials