- Haqqımızda
- 1.AGTMC 2015
- Yeniliklər
- Mərkəzlər
- Professional klublar
- Layihələrimiz
- Xidmətlərimiz
- Virtual univesitet
- Summer medical school
- Qalereya
- Foto
- Tibbi Treyninq Kursları, dekabr, 2013
- Tibbi Treyninq Kursları, may, 2013
- Elmi-kliniki tədqiqatlar
- Mühazirələr
- Münhen, 30 aprel-3 may 2013
- II Azərbaycan - Alman Tibbi Treyninq Kursları, 2013
- I Azərbaycan - Alman Tibbi Treyninq Kursları, 2012
- seminarlar
- III Azərbaycan - Alman Cərrahiyyə Günləri, 2012
- Summer medical school
- Mannhaym, Forum, 2011
- II Azərbaycan - Alman Cərrahiyyə Günləri, 2011
- I Azərbaycan - Alman Cərrahiyyə Günləri, 2008
- Video
- Foto
- Nəşrlərimiz
- Əməkdaşlıq
- Əlaqə
GAMCA-nın azərbaycanlı sədri Avropanın Davos Kursunun treyneri seçildi

Xəbər verdiyimiz kimi, Almaniya Azərbaycan Tibbi Əməkdaşlıq Cəmiyyətinin nümayəndələri 22-28 Fevral 2014 tarixində İsveçrənin Davos şəhərində keçirilən və Avropanın cərrahiyyə sahəsində ən reytinqli trezninq kursları hesab edilən 31-ci Beynəlxalq Qastrointestinal Cərrahi Forumunda ilk dəfə iştirak edir. Ötən gün tədbir iştirakçısı olan GAMCA sədri, Prof. Dr.med Q.Müslümovun Forumun rəhbərliyi və təşkilatçıları ilə görüşü olmuş, Davos Kursu ilə əməkdaşlığın perspektivləri və imkanları və bu əməkdaşlığın Azərbaycanda diplomdansonrakı davamlı tibbi təhsilin inkişafına verə biləcəyi töhvələr ətraflı müzakirə edilmişdir. Q.Müslümov tərəfindən Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda son zamanlar bu yönümdə görülən işlər və GAMCA nəzdində yaradılmış Tibbi Treyninq Mərkəzinin fəaliyyəti barədə qısa təqdimat etmişdir. Müzakirələrdən sonra Prof.Dr.med Q.Müslümovun bu qurumun treyneri və üzvü (Faculty Member) seçilməsi qərara alınmışdır. Bundan sonra Azərbaycanlı həkim və rezidentlər öz avropalı kolleqaları kimi bu treyninq kurslarında daha güzəştli şərtlərlə və istənilən sayda iştirak edə biləcəklər. Eləcə də qürurvericidir ki, azərbaycanlı professor hər il 500-dən çox iştirakçısı olan Cərrahi Treyninq Kurslarında məruzələr oxuyacaq və treyninqlər keçəcək.