- Haqqımızda
- 1.AGTMC 2015
- Yeniliklər
- Mərkəzlər
- Professional klublar
- Layihələrimiz
- Xidmətlərimiz
- Virtual univesitet
- Summer medical school
- Qalereya
- Foto
- Tibbi Treyninq Kursları, dekabr, 2013
- Tibbi Treyninq Kursları, may, 2013
- Elmi-kliniki tədqiqatlar
- Mühazirələr
- Münhen, 30 aprel-3 may 2013
- II Azərbaycan - Alman Tibbi Treyninq Kursları, 2013
- I Azərbaycan - Alman Tibbi Treyninq Kursları, 2012
- seminarlar
- III Azərbaycan - Alman Cərrahiyyə Günləri, 2012
- Summer medical school
- Mannhaym, Forum, 2011
- II Azərbaycan - Alman Cərrahiyyə Günləri, 2011
- I Azərbaycan - Alman Cərrahiyyə Günləri, 2008
- Video
- Foto
- Nəşrlərimiz
- Əməkdaşlıq
- Əlaqə
GAMCA-nın laparoskopiya üzrə ənənəvi treyninqləri
Məlumat verdiyimiz kimi, Azərbaycan Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyətinin nəzdində fəaliyyət göstərən Tibbi Treyninq Mərkəzi Laparoskopik Toxuma Disseksiya Kursları təşkil edir. Laparoskopik cərrahiyyə üzrə ənənəvi treyninq kurslarına iştirakçıların qeydiyyatı online olaraq aparılmışdır. 7 fevralda treyninqlərin ilk günün birinci yarısında t.e.d. Q.F.Müslümov tərəfindən “Laparoskopik cərrahiyyədə toxuma və elementlərin disseksiya prinsipləri” mövzusunda videomühazirə auditoriyaya təqdim olundu. Müxtəlif laparoskopik əməliyyatlar zamanı aparılan disseksiya növləri video görüntülərdə iştirakçılarda ətraflı izah edildi. Mühazirə iştirakçılar tərəfindən çox maraqla qarşılandı və qarşılıqlı disskussiya yönümündə davam etdi. Qısa fasilədən sonra başlayan praktik hissədə isə təlimlər Karl Ştorz və Wolf firmasına məxsus avadanlıqlar dəstindən istifadə edilməklə aparılmışdır.
Praktik təlimlər zamanı canlı toxuma və orqanlar üzərində müxtəlif elementlərin laparoskopik disseksiyası və kəsmə prinsipləri izah edildəkdən sonra iştirakçılar tərəfindən icra olunmuşdur. Treyninqlərin son günü həmçinin laparoskopik əməliyyatlar zamanı baş vermiş qanaxmanın dayandırılması və heyvan orqanları üzərində Laparoskopik Xolesistektomiya əməliyyatının aparılması planlaşdırılır.
Treyninqləri müfəvəqiyyətlə başa vuran iştirakçılara sertifikatlar veriləcək.