- Haqqımızda
- 1.AGTMC 2015
- Yeniliklər
- Mərkəzlər
- Professional klublar
- Layihələrimiz
- Xidmətlərimiz
- Virtual univesitet
- Summer medical school
- Qalereya
- Foto
- Tibbi Treyninq Kursları, dekabr, 2013
- Tibbi Treyninq Kursları, may, 2013
- Elmi-kliniki tədqiqatlar
- Mühazirələr
- Münhen, 30 aprel-3 may 2013
- II Azərbaycan - Alman Tibbi Treyninq Kursları, 2013
- I Azərbaycan - Alman Tibbi Treyninq Kursları, 2012
- seminarlar
- III Azərbaycan - Alman Cərrahiyyə Günləri, 2012
- Summer medical school
- Mannhaym, Forum, 2011
- II Azərbaycan - Alman Cərrahiyyə Günləri, 2011
- I Azərbaycan - Alman Cərrahiyyə Günləri, 2008
- Video
- Foto
- Nəşrlərimiz
- Əməkdaşlıq
- Əlaqə
Treyninqlər uğurla başa çatdı

Azərbaycan Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyətinin nəzdində fəaliyyət göstərən Tibbi Treyninq Mərkəzinin təşkil etdiyi və 3 gün davam edən Laparoskopik Toxuma Disseksiya Kursları bu gün uğurla sona çatdı.
Treyninqlərdə canlı toxumalar üzərində toxuma disseksiyasının prinsipləri və müxtəlif disseksiya texnikaları iştirakçılara müasir avadanlıqlardan istifadə etməklə və Avropanın Treyninq Proqramlarına uyğun məşq etdirilmişdir. Tədbirin gedişində əzələ-fassiya preparatında toxumaların kəsilməsi və koaqulyasiyası prinsipləri, qara ciyər-öd kisəsi modelində elementlərin iti və küt disseksiyası, böyrək modelində damarların mobilizasiyası və kəsilməsi vərdişləri iştirakçılar tərəfindən uğurla mənimsənilmişdir.
Treyninqlərin sonunda iştirakçılara sertifikatlar təqdim edilmişdir. İştirakçıların nəzərinə çatdırıldı ki, GAMCA-nın Treyninq Mərkəzi gələcəkdə Avropanın sayılıb seçilən bir mərkəzinə çevrilməsini və keçirdiyi tədbirlərə beynəlxalq status alınmasını qarşısına məqsəd qoyub. Sonda iştirakçılar və təşkilat komitəsi birgə xatirə şəkili çəkildi.
Bu cür tədbirlərin keçirilməsi cəmiyyətimizin prioritet məqsədlərindən biridir və biz əminik ki, gələcəkdə də təşkil etdiyimiz tədbirlər hər kəs üçün yararlı olacaq. Tədbirdən dərhal sonra facebook səhifəmizdə iştirakçımız ginekoloq Xəyalə Təhmazi bunları yazmışdır:
“Salam hörmetli həmkarlar. Bu dəfəki toxuma disseksiyası kursları da çox yüksək səviyyədə keçirildi. Həqiqətən də sevindirici haldır ki, Azərbaycanda prof.Q.Müslümov kimi alim, pedaqoq, həkimimiz var. Müasir səhiyyənin inkişafı üçün səylə çalışan, təmənnasız İNSAN.....”
GAMCA team