LAPAROSKOPİK XOLESİSTEKTOMİYA ÜZRƏ TREYNİNQ KURSLARI

14-16 mart 2014-cü il tarixlərində Azərbaycan - Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyətinin Tibbi Treyninq Mərkəzi Laparoskopik Xolesistektomiya (LX) üzrə treyninq kurslarını keçirəcək. Treyninq kurslarında əməliyyatlar ən müasir treyninq avadanlıqlarından istifadəetməklə heyvan orqanlarından hazırlanmış xüsusi modellər üzərində aparılacaq. Kurs Avropanın aparıcı treyninq mərkəzlərinin proqramlarına əsasən aparılacaq və 2 mərhələdən ibarət olacaq. I mərhələdə canlı toxumalar üzrərində sadə vərdişlər (disseksiya, koaqulyasiya, kliplənmə və s.), II mərhələdə isə iştirakçılar bir neçə dəfə heyvan orqanları üzərində tam Laparoskopik Xolesistektomiya əməliyyatını icra etmək şansı qazanacaqlar. Treyninqlər zamanı LX əməliyyatının nəzəri aspektləri, baş verə biləcək ağırlaşmaların profilaktikası və mualicəsi təcrübəli mütəxəssislərin məşqçiliyi ilə istirakçılara öyrədiləcəkdir. Kursu uğurla başa vurmuş iştirakçılara sertifikatlar veriləcək.

Kurslara müraciət online olaraq aparılacaqdır. Online qeyddiyat üçün isə www.gamca.az saytından  və facebook səhifəmizdən (Laparoskopik Xolesistektomiya Kursları) yüklədiyiniz qeydiyyat vərəqəsini 

(http://www.boxca.com/5vogb7wlsseo/qeydiyyat_vereqi.doc.html)

10 mart 2014-cü il tarixinə qədər  treyning.gamca@gmail.com

e-mail ünvanına  göndərə bilərsiniz. 

Tədbir Azərbaycan - Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyətinin ofisində keçiriləcək.  

Tədbirin yenilikləri barədə məlumatları GAMCA-nın rəsmi internet səhifəsindən (www.gamca.az) və həmçinin tədbirin facebook səhifəsindən informasiya ala bilərsiniz.

Koordinatorlar: 

Günay Əliyeva          gunay.aliyeva@gamca.az

Vüqar Behbudov 

Tapdıq Məmmədov   tapdiq.mammadov@gamca.az

Əlaqə:

Ünvan:    Həsənbəy Zərdabi küç. ev 77a, AZ1100, Bakı, Azərbaycan 

               Tel:    (+99412) 533-06-34 

               Mob:  (+99470) 733-06-34 

                         (+99455) 342-81-81

Our socials