GAMCA təbrik edir!

Azərbaycan - Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyəti yarandığı gündən bu günə qədər tibbi professional iş qrafiki ilə bərabər gənc həkim və mütəxəssislərin xaricdə təhsil və təkmilləşmə prosesərinin inkişafında və daha da genişlənməsində böyük səylə çalışmış, təhsilini xaricdə davam etdirmək istəyində olan gənclərə daima dəstək olmuşdur.

Çox qürurvericidir ki, ard-arda tələbə və gənc mütəxəssislərimizin xeyirli-uğurlu nəticələrini eşidirik və bu sevinci birgə paylaşırıq.

“Azərbaycan - Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyəti” ailəsinin ən fəal aparıcı üzvlərindən biri olan, GAMCA-nın Almaniya ofisinin rəhbəri Vüsal Həmidov da bir neçə gün öncə xarici həkimlərin alman tibb təhsili üzrə aprobasiya imtahanını uğurla verərək Almaniyanın Mannhaym Cərrahlıq Universitet-klinikasında oftalmalogiya ixtisası üzrə həkim-assistent olaraq rəsmi fəaliyyətə başladı.

Qazandığı bu böyük uğur  münasibətilə kolleqamızı səmimi qəlbdən təbrik edir, AATƏC ailəsi adından ona işlərində daha böyük uğurlar və müvəffəqiyyətlər arzulayırıq.

Daima səsimiz zirvələrdən gəlsin!

GAMCA

Our socials